Hər iki qurğu toxum qurutmasını isti havanın toxumdan keçirilməsi prinsipi ilə toxumları qurudur. Qurutma həm maye yanacağı dizellə, həm də təbii qazın yandırılması ilə həyata keçirilir. Yanma kamerasında əmələ gəlmiş isti hava ventilyator vasitəsi ilə toxum kütləsinə verilir. Bununla toxumda olan rütubət xaricə atılır.
Toxum həm də günəş altında qurudulur. Bu, təsərrüfatda quruducu qurğu olmadıqda həyata keçirilir. Toxumu günəş altında qurutmaq üçün toxum çadır və ya brezent material üzərinə tökülür. Bundan sonra toxum nazik qatla həmin çadır boyunca hamarlanır. Qurutma günəş altında və açıq havada aparılır. Sərilmiş toxum materialının tez-tez qarışdırılması ilə qurudulur. Əgər toxum kütləsindəki nəmlik istənilən səviyyədə deyilsə, qurutma növbəti gün davam etdirilir. Bunun üçün toxum konusvari toplanır, üstü örtülür, növbəti gün yenidən sərilib qarışdırılaraq qurudulur. Açıq havada toxumlar qurudularkən hava quru və temperatur müsbət 30-40 dərəcədən aşağı olmamalıdır. Digər yuxarıda qeyd edilən qurutma üsullarından fərqli olaraq qurutma müddəti uzun ola bilər. Hətta qəflətən yağıntıların başlaması bu işləri uzun müddət dayandıra bilər. Toxum qurudulmadıqda isə öz keyfiyyət göstəricilərini itirməyə başlayır.
Toxum qurudulduqdan sonra təmiz kisələrə yığılmalıdır. Əgər toxum materialı bir neçə sortdan ibarətdirsə, hər bir sort ayrı-ayrılıqda kisələrə doldurulur. Kisələrə doldurulmuş toxum haqqında məlumatlar hazırlanır. Həmin məlumatlar toxum kisəsi üzərinə və ya etiket üzərinə yazılır. Bununla birlikdə toxum haqqındakı məlumat 1 vərəqdə çap olunaraq kisənin içərisinə qoyulub kisələrin ağzı tikilir. Toxum kisələri sortlarla bir-birindən aralı toplanır. Müxtəlif təmizlik dərəcəsinə və digər keyfiyyətlərinə görə fərqlənən toxum materialları da ayrılıqda bu qaydada yığılır. Toxumun saxlanması zamanı 3 amil daim nəzarətdə saxlanmalıdır: