|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 9
Sual 1. Günəbaxan əkinlərində torpaqda azot elementinin azlığı müəyyən edilərsə, bu çatışmazlığı hansı
elementin verilməsi ilə aradan qaldırmaq olar?
A) Kalsium;
B) Kalium;
C) Kükürd;
D) Azot.
Sual 2. Günəbaxan bitkisinin kök sisteminin torpaq dərinliyinə işləməsi sayəsində bitki
hansı hava şəraitinə davamlılıq qazanır?
A) Soyuq hava şəraitinə;
B) Quraq hava şəraitinə;
C) Rütubətli hava şəraitinə;
D) Heç biri.
Sual 3. Taxıl bitkilərindən sonra günəbaxan əkini üçün nəzərdə tutulmuş sahədə şum hansı
dərinlikdə
aparılmalıdır?
A) 50-60 santimetr;
B) 1-2 metr;
C) 27-30 santimetr;
D) 27-30 millimetr.
Sual 4. Günəbaxan əkinlərində bir hektarda bitki sıxlığı nə qədər olmalıdır?
A) 1 hektara 40-50 min bitki;
B) 1 hektara 400-500 min bitki;
C) 1 hektara 4-5 min bitki;
D) 1 hektara 4-5 yüz bitki.
Sual 5. Orta hesabla hər hektara nə qədər günəbaxan toxumu səpilməlidir?
A) 8-14 ton toxum;
B) 80-140 kiloqram toxum;
C) 8-14 kiloqram toxum;
D) 18-20 kiloqram toxum.