6. Torpağa üzvi gübrə çilənməsində iştirak edin. |
- İş paltarını geyinin;
- Qələm, dəftər götürün;
- Tarlaya çıxdığınız günün tarixini və saatını dəftərinizə qeyd edib cari günün qeydlərini
həmin günə yazın;
- Traktorçu və ya aqrotexnikdən üzvi gübrəçiləyən aqreqatın iş prinsipi barəsində məlumat
alın;
- Aqreqatın traktora qoşulmasını müşahidə edin;
- İşçi məhlulun (peyin şorasının) hazırlanmasında iştirak edin;
- İşçi məhlulun aqreqata doldurulmasını müşahidə edin;
- İşçi məhlulun sahəyə verilməsini izləyin;
- Apardığınız müşahidələri dəftərinizə qeyd edin.
|
7. Torpaqda qazayağı vərdənəli qoşqunun işlənməsi prosesində iştirak edin. |
- İş paltarını geyinin;
- Qələm, dəftər götürün;
- Tarlaya çıxdığınız günün tarixini və saatını dəftərinizə qeyd edib cari günün qeydlərini
həmin günə yazın;
- Tarlada işləyəcək traktor və onun qoşqularını yaxından müşahidə edin;
- Vərdənəli qazayağı kotanın traktora qoşulmasında iştirak edin;
- Traktor sahəyə çıxanda təhlükəsiz məsafədən onu müşahidə edin;
- Traktorun kotan və vərdənəli malasının işini diqqətlə izləyib aparılan işlər barəsində
dəftərinizə qeydlər edin.
|
8. Toxum materialının səpinə hazırlanmasında iştirak edin. |
- İş paltarını geyinin;
- Qələm, dəftər götürün;
- Toxum saxlanılan anbara gedin;
- Toxumun dərmanlanmasında iştirak edin;
- Dərman haqqında məlumat alın;
- Dərmanlama qaydasını dəqiqliklə müşahidə edin;
- Müşahidələriniz barəsində qeydlər aparın.
|