Bütün rayonlar üçün ümumi tədbirlər - torpaqların çürüntü ilə mümkün qədər çox zənginləşdirilməsi, torpağın struktur halının yaxşılaşdırılması, suyadavamlı xırda topacıqların miqdarının artırılması və müvafiq məsamənin saxlanması, canlı və ölü örtük köməyi ilə yağıntıların dağıdıcı təsirindən torpağın qorunması, alaqların məhv edilməsi, torpağın düzgün becərilmə sistemi, mədəni bitkilərin müvafiq sortlarının seçilməsi, bitkilərin ən yaxşı müddətdə əkilib onlara torpaqdakı rütubət ehtiyatından və yağıntılardan tam istifadə etmək imkanının yaradılması;
Quraq rayonlarda - suvarma və tarlaqoruyucu zolaqlar salıb onlara müvafiq qulluğun edilməsi, əksərən çəpər bitkiləri vasitəsilə qarın sahələrdə tutulub saxlanması, torpağın payızda şırımlanması və yamaclarda köndələn tirələr düzəltmək yolu ilə ərinti sularının saxlanması, torpağın dondurma şum edilib faraş hamarlanması, güclü su və külək eroziyasına məruz qalan torpaqların mulça tətbiq edilməklə becərilməsi;
Kifayət qədər rütubətli rayonlarda - rütubəti çox olan torpaqların qurudulması, relyefdən asılı olaraq yamacın uzununa və dioqanalı üzrə payızda tirələnməsi və şırımlanması. Suvarma torpağın münbitliyini bərpa edən elementlərdən biri olub bitkinin su təlabatını ödəməklə yanaşı, həm də torpağın istiliyi, hava rejimi, kimyəvi tərkibi və ondakı bakteriyaların mikrobioloji fəaliyyətinə təsir göstərir.
Hazırda aşağıdakı suvarma üsulları geniş tətbiq edilir:
1. Yerüstü üsulla suvarma (Şəkil 9.90);
2. Torpaqaltı suvarma; 3. Yağışyağdırma üsulu ilə suvarma (Şəkil 9.91); 4. Damcılarla suvarma (Şəkil 9.92); 5. Aerozol (kiçik dispersli) suvarma (Şəkil 9.93). Kənd təsərrüfatı bitkilərinin suvarılmasında hansı üsuldan istifadə olunmasından asılı olmayaraq aşağıda göstərilən təlabatlar ödənilməlidir:
|