9.5.1.4. Gübrələmə - mineral və üzvi gübrələrin verilməsi nəticəsində bitki
yaxşı inkişaf edir
və zərərvericiyə qarşı davamlı olmaqla ona vurulan ziyan o qədər də nəzərə çarpmır. Bəzən
gübrələrdən zərərvericini məhv etmək üçün də istifadə edilir. Məsələn, superfosfatla (Şəkil
9.70) ilbizləri məhv etmək olur (Şəkil 9.71). Gecələr çılpaq ilbiz qidalanan zaman superfosfat
tarlaya dağıdılır. İlbizin bədəni üzərinə düşən gübrə kontakt təsir edib onu məhv edir.
9.5.1.5. Bitki qalıqlarının məhv edilməməsi - sahədən məhsul yığıldıqdan sonra
bir sıra
zərərvericilər tarlada qalan bitki qalıqları altında özlərinə sığınacaq tapır. Məsələn, hörümçək
gənəsi (Şəkil 9.72), tripslər, mənənələr və s. bunlar bitki qalıqları altında qışlayır. Bitki
qalıqları sahədən çıxarıldıqda göstərilən zərərvericilərin miqdarı azalır.
9.5.2. Bioloji mübarizə üsulu
Bioloji mübarizə canlılar arasında gedən mübarizəyə əsaslanır, daha doğrusu, bu mübarizədə bir canlının digər canlıya qarşı tətbiqi nəzərdə tutulur. Bioloji mübarizə üsulu digər mübarizə üsulu ilə müqayisə edilərsə, onun üstün cəhətləri vardır. Belə ki bu mübarizənin tətbiqi ucuz başa gəlir, insan, heyvanlar və bitkilər üçün zərərsizdir, təbii mühiti çirkləndirmir. Bioloji mübarizədə əksər hallarda zərərverici hələ bitkinin zədələnməsindən əvvəl onu məhv edir. Bioloji mübarizədə tüfeyli və yırtıcı həşəratdan, həşəratla qidalanan yırtıcı quşlardan və ev toyuqlarından istifadə edilir. Kənd təsərrüfatı bitkiləri zərərvericilərinin məhv edilməsində tüfeyli həşəratların böyük rolu vardır (Şəkil 9.73). |