III mərhələdə bitki 2-4 cüt yarpaq əmələ gətirdikdən sonra herbisid çilənir. Əsasən, DualQold herbisidi tətbiq olunur (Şəkil 9.48). Bu herbisid də digər herbisidlərdə olduğu kimi məsarif normasına görə təmiz su ilə qarışdırılıb çilənir. Herbisid bir hektara 1.6 litr hesabı ilə çilənir. Daha sıx və intensiv alaq bitkiləri çıxışı müşahidə edilən tarlada herbisidin, günəbaxanın tarla çıxışından əvvəl verilməsi məsləhətdir. Lakin bunun üçün tətbiq ediləcək herbisidi seçən zaman diqqətli olmaq lazımdır. Elə herbisidlər var ki, alaq bitkiləri ilə birlikdə yeni toxumdan çıxmış günəbaxan cücərtilərini də zədələyə bilər. Səpinqabağı və tarla çıxışından qabaq herbisidin tətbiqi zamanı aşağıdakıları nəzərə almaq lazımdır:
Herbisidin toxum səpilməmişdən qabaq torpaq səpinə hazırlananda tətbiq edilməsi daha yüksək nəticə verir (Şəkil 9.49). Alaq bitkilərinə qarşı 25 faizli treflan herbisidinin hektara 2 litr hesabı ilə səpinqabağı kultivasiya altına verilməsi daha səmərəli olar. |