Qışlayan alaq bitkilərindən olan adi çobanyastığı, kəpənəkgülü, quşəppəyi bitkisi kimi alaq bitkiləri bir o qədər zərər verməsələr də, onların tarlada yayılmasını nəzarətdə saxlamaq lazımdır.
Alaqlarla etibarlı mübarizə aparmaq üçün inteqrir mübarizə üsullarından, aqrotexniki və kimyəvi preparatlarla mübarizə üsullarından istifadə olunur. Torpağın günəbaxan əkinləri üçün müasir becərmə üsulları ilə işlənməsi yeni əmələ gəlmiş alaq bitkilərinin böyük bir qisminin məhv edilməsi ilə müşayiət edilir. Lakin bir çox alaq bitkilərinin toxumları torpaqda qaldığından ilk günəbaxan toxumlarının cücərməsi ilə onlar da öz inkişaflarına başlayır.

Səpindən ilk yarpaqların əmələ gəlməsi dövrünə qədər günəbaxan əkinlərində bir çox payızlıq və yazlıq alaq bitkiləri əmələ gəlir. Bunların hər ikisi günəbaxan əkinlərinə eyni səviyyədə ziyan vurur. Alaq bitkiləri bitkilərin məhsuldarlığını aşağı salmaqla yanaşı, həm də onun məhsulunun keyfiyyətini aşağı salır. Belə ki alaq bitkiləri torpaqda olan qida maddələrini və rütubəti mənimsəyir, günəbaxan əkinləri isə bundan zəifləyir. Bütün bu yuxarıda qeyd olunanları nəzərə alaraq günəbaxan əkinlərini onun ilk inkişafından başlayaraq vegetasiyasının sonuna qədər alaq bitkilərinə qarşı bütün lazımi tədbirləri vaxtı-vaxtında həyata keçirmək lazımdır.
Günəbaxan tarlasında yayılmış alaq bitkiləri ilə mübarizəni iki istiqamətdə həm mexaniki, həm də kimyəvi üsullarla həyata keçirmək lazımdır.
9.3.1. Alaqlarla mexaniki mübarizə üsulları
Mexaniki üsulla mübarizə cərgəarası kultivasiya aparılmaqla həyata keçirilir (Şəkil 9.42). Bunun üçün qazayağı kotanları ilə günəbaxan cərgəarasında əmələ gəlmiş alaqlar kökündən kəsilərək məhv edilir. Cərgəarası kultivasiya günəbaxan tarlasında yerüstü orqanların inkişafının 4-6 yarpaq əmələ gətirməsindən sonra aparılır. Bunun üçün qazayağı kotanları tarladakı cərgəaralarına görə nizamlanmalı, traktorun hərəkəti isə cərgə araları ilə həyata keçirilməlidir. Bu üsulla həm torpaq yumşalır, torpaq tez qızır, torpaqda hava mübadiləsi yaxşılaşır, həm də əmələ gəlmiş bir çox alaq bitkiləri məhv olur, günəbaxanın kök sisteminin inkişafı güclənir. Cərgəarası kultivasiyanı ən azı 3 dəfə aparmaq lazımdır:
|