Təzə peyinin samanla qarışdırılıb sahəyə verilməsi məqsədəuyğun deyil. Bunun üçün təzə peyindən xüsusi peyin saxlanılan yerlərdə bir müddət saxlanılıb yarımçürümüş hala salındıqdan sonra istifadə edilir. Təzə peyinin tərkibində orta hesabla 75 faiz su, 0.5 faiz azot, 0.25 faiz fosfor, 0.6 faiz kalium, 0.2 faiz kalsium, 0.14 faiz maqnezium, 0.07 faiz kükürd və başqa elementlər var. Torpağa bitkinin şum altına verilmiş peyin parçalanaraq çürüntüyə çevrilir ki, bundan da torpaq münbitləşir. Peyin ağır-gilli torpaqları yumşaldır, yüngül torpaqlarda bitişikliyi və sıxlığı artırır. Bu gübrələrin verilməsi amonium-azot birləşməli gübrə norması ilə hesablanır. Günəbaxan əkinlərində peyindən və digər üzvi gübrələrdən istifadə olunması yüksək məhsul toplanması üçün istifadə olunan aqrotexniki tədbirlərdən biridir. Günəbaxan əkinlərindən qabaq bitki altına verilməsi və ya əkin üçün torpağın hazırlanmasında torpağa verilib şum aparılması məsləhətdir. Azot torpağa verildiyi zaman onun verilmə dövründən və torpaq tərkibindən asılı olaraq onun 30-70 faizi bitki tərəfindən mənimsənilir. Üzvi gübrə tərkibindəki azot isə bitki tərəfindən asan mənimsənilən olduğuna görə onun 50-70 faizi mənimsənilir. Günəbaxan əkinlərində torpağa 1 hektar sahə üçün 15-20 ton peyin verilməsi məqsədəuyğundur. Peyin şirəsi torpağa verilməzdən qabaq yaxşı qarışdırılır, peyinsəpənlə tarlaya çilənir. Bundan sonra 10 santimetr dərinliyində torpaq şumlanıb dincə saxlanılır. Peyin şorasının quş fermalarından götürülmüş peyindən hazırlanması yolverilməzdir. Belə ki həmin peyinin tərkibində həm bitki, həm torpaq üçün zərərli maddələr olur və bu da həm günəbaxan məhsuluna, həm də torpağın sonrakı məhsuldarlığına zərər verir. Bu cür peyinlər aqrokimyəvi emaldan sonra verilə bilər. |