Yuxarıda qeyd edilən toxumsəpənlərlə birlikdə səpin üçün bir çox modeldə və modifikasiyada toxumsəpənlər istehsal olunur (Şəkil 8.39). Günəbaxan səpini üçün nəzərdə tutulmuş toxumsəpənlər bitki üçün aqrotexniki tələbata uyğun olmalıdır. Səpin texnikası səpilən toxumu dayaz torpaq səthinə 3-4 santimetrdən 6-8 santimetrədək torpaq dərinliyinə əkmək üçün təchiz olunmalıdır. Toxumsəpəni işə hazırlamaq üçün birinci növbədə onun texniki hissələrinin sazlığını yoxlamaq lazımdır. Bunun üçün daşıyıcı təkərlərdəki hava təzyiqi yoxlanmalıdır (0.16-0.20 Mpa və ya meqapaskal=1.6–0.20 atmosfer təyziq). Bundan sonra ventilyator blokundan çıxan hava boruları yoxlanılır. Onların birləşmələri və onları sıxan xamutların möhkəmliyi yoxlanmalıdır. Toxum və gübrə kanallarında tıxac olmalı deyil Toxumsəpənin düzgün lazımi qaydada səpin aparmasına əmin olmaq üçün toxumsəpənə toxum və gübrə tökülür. Bundan sonra toxumsəpənin idarə panelində ən aşağı səpin dərinliyi qurulur. Traktor 30-50 metr toxum səpərək irəliləyir. Torpağa düşmüş toxumlar arasındakı məsafə metrlə ölçülür və bununla nizamlanır. |