Əgər bir tarlada həm sort, həm də hibrid günəbaxan əkiləcəksə, bu zaman onu nəzərə almaq lazımdır ki, hibrid bitki daha tez inkişaf edir və yetişir. Bunun üçün hibrid günəbaxan toxumlarını günəbaxan sortlarından 10-14 gün sonra əkmək lazımdır. Hibrid sortlar tez çıxış verib inkişafa başlayır ki, bu da həm bitkinin vegetasiyası boyunca ona qulluğu çətinləşdirir, həm də biçin dövründə bitkilər bərabər müddətdə yetişir (Şəkil 8.30).
Yuxarıdakıları nəzərə alaraq günəbaxan toxumlarının səpin normasını dəqiq hesablamaq olar. Fərz edək ki, səpiləcək toxum materialı I sinif toxumdur. Bu toxumun təmizliyi 98 faiz, cücərməsi 94 faizdir. 1000 dənin kütləsi 70 qramdır. Bu toxumlardan 1 hektara 70 min ədəd cücərmə qabiliyyətinə malik olanı səpilməlidir.Bunun üçün günəbaxan toxumlarının əvvəlcə təsərrüfat yararlılığı təyin edilir:
Beləliklə, bir hektar sahəyə 800 min cücərə bilən toxum səpmək üçün 576 kiloqram günəbaxan toxumu götürülməli, toxumsəpən də buna uyğun nizamlanmalıdır.
Hibrid günəbaxan toxumları da bu qaydaya uyğun olaraq hesablanır. Lakin bu bitkilərin səpin normasını istehsalçı təyin edir. Ona görə də hibrid toxum alışı zamanı mütləq alınmış toxumun üstündə toxum haqqında məlumat etiketi olmalıdır.
Səpin aparmamışdan qabaq toxumsəpənlə başqa növ və ya sort bitki əkilibsə, toxumsəpən həmin bitki toxumlarından təmizlənməlidir. Bundan sonra isə günəbaxan əkinləri üçün nizamlanmalıdır. Normal aqrotexniki səpin müddətinə bir həftə qalmış toxumların səpin normasını bir hektara 0.5-0.2 kiloqram azaltmaq məsləhətdir. Torpaqda rütubətin az olması, yağıntıların gecikməsi, səpindən sonra yağışların bir həftədən çox gecikməsi gözlənirsə, bu zaman toxumun səpin normasını bir hektara 1 kiloqram artırmaq məsləhətdir.