Yuxarıda qeyd olunanlara əsasən torpağın hazırlanması sayəsində günəbaxan bitkisinin məhsuldar inkişafı üçün münbit şərait yaradılır. Torpağın hazırlanması torpaq tipi, sələf bitki ilə günəbaxanın uyğunluğu, regionun iqlimi, torpaqda olan üzvi və mineral gübrə qarışıqlarının miqdarı, su və külək eroziyasından asılı olaraq aparılır. Sələf bitkidən sonra günəbaxan üçün torpağı dişli diskli kotanlarla iki gediş şumlamaq lazımdır. Bu şumlama 6-8 santimetr torpağın dərinliyində aparılır. Bundan iki həftə sonra 12-14 santimetr torpaq dərinliyində şum aparılır. Sentyabr ayının axırlarından və oktyabr ayının ortalarına qədər yağışlardan sonra torpağı 25-27 santimetr torpaq dərinliyinə qədər asma kotanlarla və ya qazayağılı kotanlarla şumlamaq lazımdır (Şəkil 7.16). Bütün bu işlər payız aylarında sələf bitki tarladan çıxarıldıqdan sonra aparılır. Torpaq səpinə aşağıda göstərilmiş mərhələlər üzrə hazırlanır:
|