Şəkil 6.11. Bal arıları tərəfindən günəbaxan çiçəklərindən toplanmış bal
- Lazımi miqdarda gübrələr və bitki mühafizəsi vasitələrinin səmərəli istifadə edilməsi ilə;
- Maddi cəhətdən işçilərin işə marağının artırılması ilə;
- Aqronomik qaydalara görə günəbaxanın növbəli əkin sistemində düzgün yerləşdirilməsi ilə;
- Optimal iş müddəti dövründə ixtisaslaşdırılmış, müasir, alət, qurğu, cihaz, maşın, texnika və
avadanlıqla müəssisənin təmin olunması ilə;
- İstehsal xərclərinin azaldılması və onun strukturunun təkmilləşdirilməsi ilə;
- Dövlət dəstəyi ilə;
- İxtisaslaşmanın və ixtisasçıların artırılması ilə;
- İstehsal, saxlama və emalda itkilərin azaldılması ilə;
- Münasib alış qiymətlərinin müəyyən edilməsi ilə;
- İnnovativ eksport strategiyası istiqamətlərinin genişləndirilməsi ilə;
- Daxili bazarın potensialının genişləndirilməsi ilə və s..
100 qram günəbaxan yağında 3870 kilocol (kilocol - beynəlxalq enerji ölçü vahididir), (929.1 kilokalori),
kərə yağında isə 9153 kilocol (780.2 kilokalori) enerji vardır. Bir vahid günəbaxan yağı kaloriliyinə
görə 2-3 vahid qənd (şəkər), 4 vahid çörək, 8 vahid kartofa bərabərdir.
Günəbaxan vacib bal verən bitkidir. Çiçəkləyən günəbaxandan əldə olunan bal qızılı sarı rəngi və zəif iyi
və özünəməxsus dadı ilə seçilir. Kiçik dənələrlə kristallaşır və parlaq kəhrəba rəngində olur (Şəkil
6.11).
Günəbaxan yağından lateks və rezin alınmasında da istifadə olunur. Qabığından bioyanacaq kimi istifadə
olunur. Günəbaxanın yaşıl kütləsindən iribuynuzlu mal-qara üçün yem və keyfiyyətli silos alınır.