|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 5
Sual 1. Tarlada biçin işlərinin aparılmasının keyfiyyəti aşağıda verilən variantların
hansında düzgün qeyd
olunmuşdur?
A) Tarladakı bitkinin yetişdirilməsi, kombaynçının təcrübəsi, hava şəraitindən;
B) Yağış, zərərvericilərin tarlada yayılması, bitkilərin suvarılmasından;
C) Torpağın tərkib elementləri, hava şəraitinin yağıntılı keçməsi, tarlada xəstəliklərin
yayılmasından;
D) Havaların soyuması, alaqların sayı, kombaynın yanacağından.
Sual 2. Raps bitkisində toxumluqların bərabər gündə yetişdirilməsi üçün hansı üsullardan
istifadə edilir?
A) Sahənin suvarılması üsulundan;
B) Desikasiya üsulundan;
C) Translyasiya üsulundan;
D) Gübrələmə üsulundan.
Sual 3. Rapsın məhsul yığımına hazır olmasını onun
...........................................................................................................................................................................
ilə təyin etmək olar. Nöqtələrin yerinə düzgün variantı qeyd edin:
A) Dənlərinin rənginin şəffaf olması, onları sıxdıqda əzilməyəcək qədər möhkəm olması, meyvəliyini
silkələdikdə isə xarakterik quru səs çıxması;
B) Dənlərinin rənginin qırmızı olması, onları sıxdıqda xəmir kimi əzilməsi, meyvəliyini silkələdikdə
isə
xarakterik quru səs çıxması;
C) Dənlərinin rənginin yaşıl olması, onları sıxdıqda əzilməyəcək qədər möhkəm olması, meyvəliyini
silkələdikdə isə səs çıxmaması;
D) Dənlərinin rənginin göyümsov qara olması, onları sıxdıqda əzilməyəcək qədər möhkəm olması,
meyvəliyini
silkələdikdə isə xarakterik quru səs çıxması.
Sual 4. Məhsul biçini zamanı kombayna .............................................
qoşulur. Nöqtələrin
yerinə düzgün variantı qeyd edin:
A) Taxılbiçən;
B) Qarğıdalıbiçən;
C) Günəbaxanbiçən;
D) Rapsbiçən.