1 - Cəhrə;
2 - Kəsici aparat; 3 - Şnek; 4 - Mailli kamera transportyor ilə; 5 - Daş saxlayan kamera; 6 - Dəndöyən baraban; 7 - Deka; 8 - Küləş sovuran; 9 - Nəqledici lövhə; 10 - Ventilyator; 11 - Tənzimlənə bilən üst ələk; |
12 - Alt ələk;
13 - Tullantı konveyeri; 14 - Tullantıların təkrar döyümə qaytarılması barabanı; 15 – Dən şneki; 16 - Dən bunkeri; 17 - Küləş üyüdən; 18 - Sürücü kabinəsi; 19 - Mühərrik; 20 - Boşaldıcı şnek; 21 - İşçi çarx. |
Raps biçini zamanı dəndöyən barabanın (6) dövrlərinin sayı dəqiqədə 400-600 dövr qoyulur. Toxumluqlar nə qədər quru olsa, bir o qədər döyüm barabanının dövrlərinin sayını azaltmaq lazımdır. Barabanda dövrlərin sürəti çox olarsa, bu zaman toxum materialı zədələnir və bitki qalıqları üyüdülərək toxuma qarışır. Yaxşı qurumuş və tez yetişən raps üçün barabanın dövr sürətini dəqiqədə 50-150 dövrə qədər azaltmaq olar. Raps toxumları döyüm zamanı buynuz meyvələrindən asanlıqla ayrılır. Ona görə də ventilyatorun (10) dövrünü dəqiqədə 30 dövrə qoymaq lazımdır. Əgər biçin rütubətli sahələrdə aparılıbsa, onda ventilyatorun dövrləri dəqiqədə 50 dövrə qaldırılır. Kombayn sahədə saatda 5-6 kilometr sürətlə biçin aparmalıdır. Biçin zamanı üyüdülmüş qarışıq dən ələklərlə (11) ələnir. Raps toxumluqları eyni müddətdə tam yetişmədiklərinə görə bitki qalıqları ələklərin gözlərini tutur. Bu zaman üyüdülmüş toxum xaricə sovrulur. Bunun üçün ələklərin təmiz olmasını vaxtaşırı yoxlayıb ehtiyac olarsa, təmizləmək lazımdır.
Rapsın biçilməsində rapsbiçənlərin quraşdırılması mütləq lazımdır. Yox, əgər rapsbiçən əvəzinə adi taxıl kombaynındakı taxılbiçəndən istifadə olunarsa, onda onu nəzərə almaq lazımdır ki, hər hektarda 1-2 sentner toxum materialı itiriləcək. Son zamanlar raps biçini üçün ixtisaslaşdırılmış yeni müasir tipli kombaynlar istehsal olunur (Şəkil 5.5). Bu kombaynlar biçin işini daha çox toxum itkisi olmadan, toxum materialını zədələmədən, qarışıqsız şəkildə yığılmasını həyata keçirir.