5.2.2. Məhsul yığımı zamanı yetişmə dövrünün müəyyən edilməsi və toxum materialı itkisinin
minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər
Məhsul yığımı zamanı yetişmiş raps toxumları asanlıqla tökülür. Bunun üçün lazımi texniki təchizat olmadan toxum yığımını aparmaq kütləvi məhsul itkisinə səbəb olacaq. Rapsın məhsul yığımına hazır olmasını onun dənlərinin rənginin göyümsov qara rəng alması, onları sıxdıqda əzilməyəcək qədər möhkəm olması, meyvəliyini silkələdikdə isə xarakterik quru səsin çıxması ilə təyin etmək olar (Şəkil 5.2, Şəkil 5.3). Optimal biçin müddəti çatan kimi bitkini biçmək lazımdır. Gecikmə zamanı bitkidə rütubətin azalmasından toxumluqlar vaxtından tez açılmağa başlayır və bunun nəticəsində toxum tökülür. Rapsın tam yetişmə müddətinə 8-10 gün qalmış biçin apardıqda məhsul itkisi bir hektardan 2-5 sentner təşkil edəcək. Bununla dənlərdə yağ tutumu səviyyəsi 3-4 faiz aşağı düşəcək. Bu müddətdə biçin aparan texnikanın işi də çətinləşəcək. Rapsın orta və aşağı yaruslarında formalaşmış meyvəliklərdə məhsuldarlıq yuxarı yaruslara nisbətən çox olur. Sort və hibrid səpin materialından asılı olaraq rapsın buynuz meyvə məhsuldarlığı bir bitki üzrə orta səviyyədə götürülsə, aşağıdakı qaydada formalaşır:
Bunlarla birlikdə vaxtından qabaq və vaxtından gec biçin, həmçinin, biçin texnikasında döyümü də çətinləşdirir və yüksək məhsul itkisinə səbəb olur. |