Məhsul yığımı əkinçilik təsərrüfatında sonuncu kompleks tarla işidir. Bu işlərin düzgün təşkili və biçini məhsulun yığıma hazır olmasından asılı olaraq tarladakı bitkinin biçinini təşkil edir. Biçinin keyfiyyəti bununla birlikdə həm də konbaynçı-mexanizatorun profisionallığından asılıdır. Biçindən qabaq tarladan bitki nümunələri götürülür. Bu, bitkilərin biçin üçün yetişib yetişməməyini müəyyənləşdirmək üçündür və yalnız bundan sonra biçinə dair qərar vermək lazımdır.
Məhsul yığımı əkinçilik təsərrüfatında sonuncu kompleks tarla işidir. Məhsul yığımı işləri biçiləcək bitkinin biçinə hazır olmasından asılı olaraq təşkil edilir. Tarlada raps bitkisi tam yetişibsə, gecikmədən məhsul yığımına başlanılmalıdır. Məhsul tam yetişmədən tez və ya gec yığıldıqda bir sıra çətinliklər meydana çıxır. Buna məhsul itkisi, yığılmış məhsulun keyfiyyətinin aşağı düşməsi kimi faktorlar aiddir. Biçinin keyfiyyəti bununla birlikdə həm də konbaynçı, mexanizatorun peşəkarlığından asılıdır. Raps biçinləri ixtisaslaşmış texniki vasitələrlə biçilir (Şəkil 5.1). Məhsul yığımı bir neçə mərhələdə həyata keçirilir. Bu mərhələlər bir-birinin ardınca aşağıda göstərilən qaydada aparılır:
Bir çox kənd təsərrüfatı bitkiləri kimi rapsın məhsuldarlığına təsir edən tarla işlərindən biri olan məhsul yığımının qaydasında və vaxtı-vaxtında aparılması məhsul göstəriciləri üçün vacib şərtlərdəndir. Bunun üçün aşağıda qeyd olunan faktları nəzərə almaq lazımdır: