Mübarizə tədbirləri:
Əkin sahəsi ətrafında kələmkimilər fəsiləsindən olan alaq bitkiləri üzərində böcək aşkarlanarsa, həmin böcəklər raps əkinlərinə keçməmiş tarlanın 20-50 metr ətrafı boyunca insektisid çilənməlidir. Əgər zərərverici tarlaya keçibsə, tarla bundan sonra dərmanlanır.
Dərmanlama alfa supermetrin və ya supermetrin tərkibli insektisidlərin 100 qramının 1 litr suda qarışdırılaraq çiləmə üsulu ilə aparılır. Çiləmə 2-3 dəfə təkrarlanmaqla bitki çiçəkləmə dövrünə başlamadan aparılır. İnsektisid həşəratın mədə-bağırsaq sistemi ilə qəbul edilir, sinir sistemini iflic edərək həşəratı öldürür.
Həmçinin, 40 faizli metafosun 1 kiloqramı 1 hektara, 50 faizli karbofosun 0.6-0.8 kiloqramı 1 hektara 3 dəfə təkrarlanaraq çilənməsi məsləhətdir.
Raps əkinləri altındakı torpaqlarda barama əmələ gətirərək qışlayır. Raps çiçəkləyəndə həmin ərazilərə doğru köçür. Baramadan çıxaraq uçub yerdəyişmə prosesi uzun müddətə gedir. Bu müddət sahədə dərmanlama işləri aparılması üçün kifayət edir. Dərmanlama müddətini sahədə pupların və ya həşərat tələlərinə düşmüş kələm meyvə ağcaqanadlarının sayına görə müəyyən etmək lazımdır. Ağcaqanad 1-2 gün müddətində buynuz meyvələrə yumurta qoyur (Şəkil 4.70, Şəkil 4.71). Yumurtadan çıxan sürfələr həm toxumla qidalanır, həm də vaxtından qabaq toxumluqların açılmasına və toxumların tökülməsinə səbəb olur. Bu hal kütləvi hal alarsa, bütün sahə üzrə məhsul itkisi təhlükəsi yaranır. Bu həşəratların yayılması çox vaxt kələm toxumböcəyinin yayılması ilə müşayiət olunur. Dərmanlama üçün sahədə 3-4 uçan yetkin fərd müşahidə olunarsa, dərhal sahə tam dərmanlanmalıdır. Dərmanlamanın keyfiyyəti, əsasən, düzgün dərman seçilməsindən və dərmanlama müddətindən asılıdır. |