Mübarizə tədbirləri:
Əkin sahəsi ətrafında kələmkimilər fəsiləsindən olan alaq bitkiləri üzərində böcək aşkarlanarsa, həmin böcəklər raps əkinlərinə keçməmiş tarlanın 20-50 metr ətrafı boyunca insektisid çilənməlidir. Əgər zərərverici tarlaya keçibsə, tarla bundan sonra dərmanlanır.
Dərmanlama alfa supermetrin və ya supermetrin tərkibli insektisidlərin 100 qramı 1litr su-da qarışdırılaraq çiləmə üsulu ilə aparılır. Çiləmə 2-3 dəfə təkrarlanaraq bitki çiçəkləmə dövrünə başlamadan aparılır. İnsektisid həşəratın mədə-bağırsaq sistemi ilə qəbul edilir, sinir sistemini iflic edərək həşəratı öldürür.
Həmçinin, 40 faizli metafosun 1 kiloqramı 1 hektara, 50 faizli karbofosun 0.6-0.8 kiloqramı 1 hektara 3 dəfə təkrarlanaraq çilənməsi məsləhətdir.
Çox geniş yayılmışdır. Bu böcək də kələmgövdə böcəyində olduğu kimi ümumi qara rəngli, üst tərəfdən uzun sıx tükcüklə örtülü 3 millimetr böyüklükdə olan həşəratdır. Baş nahiyəsi uzunsov olur, önə doğru xortumu uzanıb döş nahiyəsinə qədər qatlanır və 0.53 millimetr böyüklükdə oval şəffaf parlaq yumurta qoymaqla çoxalır. Sürfəsi 4 millimetr ağımsov sarıya çalan rənglidir, ön tərəfdə iri qonur başı var, ayaqları isə yoxdur, 4 millimetr boyüklükdə torpaqda pup əmələ gətirir (Şəkil 4.69).
Həşəratın qışlaması kolluqların, bitki qalıqlarının altında keçir. Qışlamadan sonra torpağın altından torpaq 8-9 dərəcə qızdıqdan sonra çıxır. Gövdə üzərinə 40-dan çox yumurta qoyur. Əlverişli hava şəraitində yumurtaların inkişafı 4-8 gün çəkir. Sürfələri 23-25 gün, bəzən iki aya qədər yaşayır.
Bu müddət ərzində 5-6 toxum yeməyə müvəffəq olur. Kələm toxumböcəyi ilə zədələnmiş toxumun 1000 dəninin kütləsi 16.2 faiz , yağ tutumu isə 40.5 faiz azalır.