Uzunluğu 2-3.5 millimetr olan böcəkdir. Bir rəngli (qara, göy və ya yaşıl metal parlaqlığına bənzər) və ya iki rəngli (qara-sarı xətli) qanadüstü ilə örtülü olur. Sıçraya bilən yumurtavari bədən quruluşuna malikdir. Mart ayı sonlarında qışlama yuvalarını tərk edir, əvvəlcə alaq bitkiləri, yabanı turp, quşəppəyi kimi yabanı xaççiçəklilər fəsiləsinə daxil olan bitkilərlə qidalanır (Şəkil 4.54). Raps və kələm əkinləri yetişənə yaxın onlara keçərək bu bitkilərlə qidalanmağa başlayır. Yarpaq və gövdə üzərində batıq yaraya bənzər izlər qoyaraq qidalanır. Bununla bitkinin kök boynu nahiyyəsində və gövdəsində nekrozların əmələ gəlməsinə səbəb olur. Böcəklər istisevərdir. Əsasən, günün 11 saatını yalnız qidalanaraq keçirir. Aprel ayında yumurta qoymaqla aktiv çoxalır. 5-10 sutka ərzində yumurtadan çıxan sürfələr raps və ya digər kələmkimilər fəsiləsinin bitkilərinin kökü ilə 15-30 sutka aktiv qidalanmağa başlayır (Şəkil 4.55). Bundan sonra pup əmələ gətirərək 7-16 sutkadan sonra pupu tərk edib yetkin böcək kimi həyatını davam elətdirir. Yeni formalaşmış həşəratlar artıq yabanı bitkilərdən deyil, mədəni əkin sahələrindəki raps və digər kələmkimilər fəsiləsinin bitkiləri ilə qidalanmağa başlayır.
Mübarizə tədbirləri: