Sual 23. Damcı üsulu ilə suvarmada su birbaşa bitkinin hansı hissəsinə verilir?
A) Gövdə və yarpağına;
B) Yarpağına;
C) Kök sisteminə;
D) Sünbülünə.
Sual 24. Buğda sahəsinin sıx olmaması üçün nə etmək lazımdır?
A) Səpin normasını düzgün hesablamaq;
B) Hər hektar sahəyə 250 kiloqram toxum səpmək;
C) Hər hektar sahəyə 140 kiloqram toxum səpmək;
D) Ölçüsü kiçik olan toxumlardan istifadə etmək.
Sual 25. Xəstəlik və zərərvericilər bir ildə orta hesabla hər hektar sahəyə neçə manat
ziyan vurur?
A) 33 manat;
B) 22 manat;
C) 14 manat;
D) 51 manat.
Sual 26. Bərk və toz sürmə xəstəliyi el arasında necə adlanır?
A) Fitoftora;
B) Qaraca;
C) Unluca;
D) Dəmgil.
Sual 27. Aqrotexniki qaydaya əsasən buğda əkin sahəsində toz sürmə xəstəliyinin zədələnməsi
neçə faizdən artıq olarsa, oradan toxum götürülmür?
A) 12 faizdən;
B) 8 faizdən;
C) 2 faizdən;
D) 4 faizdən.
Sual 28. Dənli bitkilərdə ən geniş yayılan pas xəstəlikləri hansılardır?
A) Gövdə və ya zolaqlı, sarı, qonur;
B) Unlu şeh, toz, qırmızı;
C) Sulu, quru, sarı;
D) Yaşıl, boz, xətli.