Sual 11. Payızlıq taxılların böyüyüb inkişaf etməsi və məhsuldarlığına təsir edən amillər
neçə qrupa bölünür?
A) 3 qrupa;
B) 6 qrupa;
C) 4 qrupa;
D) 2 qrupa.
Sual 12. Bitkilərin normal böyüməsi, inkişafı və məhsul verməsi üçün vacib olan makro
elementlər hansılardır?
A) Bor, dəmir, sink;
B) Kobalt, mis, kükürd;
C) Azot, fosfor, kalium;
D) Molibden, yod, maqnezium.
Sual 13. Fosfor gübrəsi çatışmadıqda bitkinin yarpaqlarında hansı proses baş verir?
A) Yarpaqlar saralır və quruyur;
B) Damarlar boyunca yaşıl rəng maviləşir, sonra isə qəhvəyi rəngə çevrilir;
C) Yarpaqlarda deşiklər əmələ gəlir və buxarlanma zəifləyir;
D) Yarpaqlarda qara ləkələr əmələ gəlir.
Sual 14. Becərmə şəraiti, tətbiq olunan aqrotexnika və sələflərdən asılı olaraq fiziki
çəkidə neçə kiloqram kalium gübrəsi verilməsi məsləhətdir?
A) 120 kiloqram;
B) 70-105 kiloqram;
C) 45-60 kiloqram;
D) 130-155 kiloqram.
Sual 15. Azot və rütubətin həddən artıq olması taxılda nəyə səbəb olur?
A) Dənin tez yetişdirilməsinə;
B) Bitkinin böyüdülməməsinə;
C) Sünbülün rənginin dəyişdirilməsinə;
D) Bitkilərin yerə yatırılmasına.
Sual 16. Azot gübrəsinin tərkibində 34 faiz təsiredici maddə var. Sahəyə 140 kiloqram
təsiredici maddə hesabı ilə azot vermək lazımdır. Bu, neçə kiloqram azot deməkdir?
A) 325 kiloqram;
B) 140 kiloqram;
C) 245 kiloqram;
D) 411 kiloqram.