Sual 6. Hansı sırada sünbülləmə fazasının əlaməti verilmişdir?
A) Sahənin çiçəklənməsi;
B) Buğdanın yetişdirilməsi;
C) Gövdə yarpaqlarında ilk sünbülün görünməsi;
D) Sahənin biçilməsi.
Sual 7. Bu fazada dən və bitki saralır, suyun miqdarı 25-30 faizə qədər azalır və dən
dırnaqla asan kəsilir. Bu bitkinin hansı fazasına aiddir?
A) Kollanma fazasına;
B) Sünbülləmə fazasına;
C) Dənin mum yetişkənliyi fazasına;
D) Dənin tam yetişkənlik fazasına.
Sual 8. Dən tam böyüklüyə çatır, lakin onun rəngi hələ yaşıl və yarımmaye halda süd ilə
dolu olur. Bu, bitkinin hansı fazasıdır?
A) Sütül fazası;
B) Çiçəkləmə fazası;
C) Yetişmə fazası;
D) Sünbülləmə fazası.
Sual 9. Məhsuldarlığa təsir edən və nizamlanan amillər hansılardır?
A) Suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çəkilməsi, xəstəlik və
zərərvericilərlə mübarizə;
B) Yağışın yağması, gübrələrin verilməsi, küləyin əsməsi, ildırımın çaxması, taxılın yetişdirilməsi;
C) Bitkilərin boyunun qısa olması, sünbülün balaca olması, dənin ağ olması, yağışın yağmaması;
D) Dənin bərkiməməsi, taxılın xəstələnməsi, zərərvericilərin yayılması, yaşıl malanın çəkilməsi.
Sual 10. Bu fazada dən bərkiməyə başlayır, dırnaqla basdıqda iz qalmır, bıçaqla kəsilmir,
ancaq qırılır. Bu, bitkinin hansı fazasıdır?
A) Mum yetişmə fazası;
B) Tam yetişmə fazası;
C) Sünbülləmə fazası;
D) Kollanma fazası.