|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 4
Sual 1. Buğdada kütləvi cücərtilərin alınması üçün əlverişli temperatur neçə dərəcə selsi
olmalıdır?
A) 22-28 dərəcə selsi;
B) 12-15 dərəcə selsi;
C) 2-7 dərəcə selsi;
D) 30-35 dərəcə selsi.
Sual 2. Buğdanın inkişaf fazaları hansı sırada düzgün yazılıb?
A) Suvarma, gübrələmə, cücərmə, yetişmə, biçilmə;
B) Malalama, kultivasiya, kollanma, çiçəkləmə, suvarma;
C) Cücərmə, kollanma, boruya çıxma, sünbülləmə, çiçəkləmə, yetişmə;
D) Yetişmə, biçilmə, şumlama, dərmanlama, kultivasiya.
Sual 3. Bitkinin vaxtında kollanmasının əhəmiyyəti nədən ibarətdir?
A) Qışın şaxtasına dözümlülüyü artır və yaza salamat qalan bitkilərin sayı çox olur;
B) Bitkinin gübrə və suvarmaya tələbatı azalır;
C) Bitkinin üzvü gübrələrə tələbatı artır və yarpaqları yaşıllaşır;
D) Bitkinin qida maddələrinə tələbatı azalır və məhsuldarlığı yüksəlir.
Sual 4. 1 kvadrat metr sahədə əkilən 326 bitkidən 48 bitki qışda məhv olubsa, məhv olan
bitkilər ümumi
bitkilərin neçə faizini təşkil edir?
A) 21.2 faiz;
B) 14.7 faiz;
C) 9 faiz;
D) 32.3 faiz.
Sual 5. Bitkilərdə hava şəraitindən asılı olaraq boruya çıxma fazası neçə gün müddətinə
başa çatır?
A) 48-62;
B) 15;
C) 18-26;
D) 30-45.