- Sahənin sıx əkilməsinin məhsuldarlığa təsirini müəyyənləşdirin
|
- 1 kvadrat metr sahədə bitkilərin sayını müəyyənləşdirin;
- Seyrək əkilmiş sahədən yaza salamat çıxan bitkilərin sayı ilə sıx əkilmiş sahədən
salamat çıxan bitkilərin sayını sayın və müqayisə eləyin;
- 1 kvadrat metr sahədə seyrək əkilmiş bitkilərdən yığılan məhsul ilə sıx əkilmiş sahədən
yığılan məhsulu müqayisə edin və məhsuldarlığa təsirini öyrənin.
|
- Daha geniş yayılmış xəstəliklərin müəyyənləşdirilməsi
|
- Xəstəliyə tutulmuş bitkilərin yarpaqlarını toplayın və xəstəliyi müəyyənləşdirin (pas
xəstəliyi üçün);
- Əkin sahəsində ən çox yayılan xəstəliyi müəyyən etdikdən sonra xəstələnmənin səbəbini
müəyyənləşdirin (sürmə və pas xəstəlikləri);
- Xəstəliyin yayılmasına bölgənin iqlim şəraitinin təsirini öyrənin (sürmə və pas
xəstəliyi üçün);
- Ötən ildə sortun xəstəliyə tutulub–tutulmamasını müəyyənləşdirin (sürmə və pas
xəstəliyinə);
- Xəstəliklərin məhsuldarlığa təsirini müəyyən edin.
|
- Zərərvericilərin müəyyənləşdirilməsi və mübarizə tədbiri
|
- Əkin sahələrində daha çox hansı zərərvericilərin yayılmasını müəyyənləşdirin
- Onları məhv etmək üçün dərmanları düzgün seçin;
- Dərmanlamadan sonra zərərvericilərin hansının məhv olduğu, hansının salamat qaldığını
müəyyənləşdirin.
|
- Herbisidlərlə tanışlıq və onların xassələrinin öyrənilməsi
|
- Ən çox yayılmış herbisidləri öyrənin və xassələrini təsvir edin;
- Herbisidlərin çilənməsi normasını hesablayın.
|
- Alaq otlarının təyin və təsvir edilməsi
|
- Lazımi qədər müxtəlif alaq otlarını toplayın;
- Hər alaq qrupunun ən əsas növlərini təyin edin;
- Hər alaq qrupunun bioloji xüsusiyyətləri və mübarizə tədbirlərini təsvir edin;
- Alaqlara qarşı kimyəvi mübarizə tədbirlərini hazırlayın;
- Əkinlərin alaqlanma dərəcəsi və ən çox yayılmış alaqları müəyyənləşdirin və buna uyğun
dərman seçin;
- Kimyəvi mübarizədən sonra alaqların tələf olmuş, boğulmuş və salamat qalmış növlərini
müəyyənləşdirin.
|