- Çiçəkləmə fazasının müəyyənləşdirilməsi
|
- Bu sortun əvvəlki illərdə neçə günə çiçəkləmə fazasını bitirdiyi haqqında əldə olan
məlum
atla bu ilki çiçəkləmə dövrünün başlanması və sona çatmasına dair məlumatı müqayisə
edərək öyrənin;
- Əgər bitkidə çiçəkləmə gecikirsə, səbəbini müəyyən edin (bu haqda olan kitablara
baxmaqla);
- Əgər hava şəraiti yaxşıdırsa, sahədə əkilən bitkilər arasında bu fazanı tez başlayan və
vaxtında bitirən sortları seçmək lazımdır. Növbəti ildə bu sortu əkməklə iki ilin
göstəricilərini müqayisə etmək lazımdır.
|
- Bitkinin yetişdirilməyə başladığı dövründən tam yetişməyə qədər olan dövrünün
müəyyənləşdirilməsi
|
- Sütül yetişməyə başladığı dövrdə bitkinin ümumi görünüşündə baş verən dəyişiklikləri
müəyyənləşdirin (sünbüldə və yarpaqlarda);
- Əkilən sortlardan hansının yetişdirilməyə daha tez başladığını müəyyənləşdirin (bu
əlamət respublikamız üçün çox vacib olan məsələdir). Təhlil edin, nə üçün vacibdir?
- Əkilən bitkilər arasında daha tez mum yetişmə dövrünə başlayan sortları
müəyyənləşdirin;
- Hava şəraitinin bu fazalara təsirini öyrənin;
- Hansı sortun ən tez yetişkən olduğunu dəqiq müəyyən edin. Bu sort haqqında öz
təkliflərinizi hazırlayın.
|
- Bitkilərin qida maddələrinə olan tələbatının əkin sahəsində müəyyənləşdirilməsi
|
- Əkin sahəsində bitkilərin azota olan tələbatını yarpaqların rənginə görə
müəyyənləşdirin;
- Fosfora olan tələbatı müəyyənləşdirin;
- Kaliuma olan tələbatı müəyyənləşdirin;
- Əgər bu gübrələrə tələbat yoxdursa, səbəbini müəyyən edin, nə üçün (gübrə çox verilib,
yoxsa torpaq güclü torpaq olub)?
|
- Vegetasiya suvarmalarının müəyyənləşdirilməsi
|
- Əkilən sortun suya tələbatını müəyyənləşdirin (sortun xarakteristikasını oxumaqla və
fermerlərdən soruşmaqla);
- Bölgənin iqlim şəraiti haqqında ətraflı məlumat toplayın və vegetasiya dövrü üçün necə
suvarma aparılmasını müəyyənləşdirin;
- Əkin sahəsinin hal-hazırda suvarılmaya ehtiyacının olub-olmamasını müəyyənləşdirin
(bitkilərin yarpaqlarına və torpağın nəmliyinə görə).
|