Bölgədə əkilən sortların cücərdilməsi və qışlanması (yaza salamat çıxarılması) haqqında məlumat
toplayın.
Əkilən sortların hansının tez, hansının gec yetişkənliyini sahədə müəyyən edin və əlavə məlumatı
fermerlərdən öyrənin.
Əkin sahəsinə hansı gübrələrin verildiyini öyrənin.
Anbarda olan gübrələr ilə tanış olun və onların xassələri haqqında bilmədiklərinizi öyrənin və
qeydiyyat dəftərində yazın.
Fermerlərdən hansı sortların bölgədə daha tez yetişdiyini öyrənin.
Sıx əkilmiş sahələrdən alınan məhsuldarlığı normal əkilmiş sahədən alınan məhsuldarlıqla müqayisə
edin.
Bölgədə ən geniş istifadə olunan suvarma üsulları ilə tanış olun.
Yağış yağdırma üsulunda istifadə olunan qurğular ilə tanış olun.
Damcı üsulu ilə həyata keçirilən suvarma ilə tanış olun və istifadə olunan hissələrin
quraşdırılmasında iştirak edin.
Arat və səpindən sonra (səpsuvar) suvarmanın əhəmiyyəti barədə fermerlərdən məlumat alın.
Xəstəliklərin yayılmasının əsas səbəblərini mütəxəssislərdən öyrənin və vurduğu ziyan haqqında
məlumat toplayın.
Əkin sahələrində yayılmış zərərvericiləri toplayın. Onların daha çox hansı ərazidə yayıldığını
araşdırın və öyrənin.
Zərərvericilərə qarşı tətbiq edilən mübarizə tədbirlərini mütəxəssislər ilə müzakirə edin.
Zərərvericilərə qarşı istifadə olunan kimyəvi maddələrin xassələri, istifadə qaydaları, saxlanma
şəraiti haqqında məlumat toplayın və zərərvericiləri məhv etmək üçün məhlul hazırlanması ilə tanış
olun.
Bölgədə yayılan gəmiricilər haqqında məlumat toplayın
Gəmiricilərə qarşı aldadıcı yemlərin hazırlanması və yuvalarına qoyulmasında iştirak edin.
Bölgədə ən çox yayılan alaq otları haqqında məlumat toplayın.
Alaqların hansı vasitələr ilə (su, külək, toxum vəs.) yayılmasını öyrənin.
Alaqların məhv edilməsi üçün istifadə edilən herbisidlərin (dərmanlar ilə) tərkibi, istehsal tarixi,
hazırlanması və çilənməsi ilə tanış olun.
Traktora çiləyicinin necə qoşulması, işlədilməsi ilə tanış olun.
Dərmanlardan qorunmaq üçün istifadə olunan xüsusi geyimlər ilə tanış olun.
Sinif yoldaşlarınız arasında topladığınız informasiyanı paylaşın və müqayisəli müzakirələr aparın.