4.9.5. Gəmiricilər
Respublikamızda qış-yaz dövründə taxıl əkinlərinə siçanabənzər gəmiricilər daha çox ziyan vurur (Şəkil 4.44). Dəstə halında yaşayan bu gəmiricilər aran və dağətəyi rayonların hamısında çox geniş yayılmışdır. Bu məqsədlə avtol və ya bitki yağı ilə qarışdırılmış 10 faizli sink-fosfidlə zəhərlənmiş dəndən istifadə edilməklə aldadıcı yemlər hazırlanır. Hər işçi yuvaya 0.5-1.0 qram hesabı ilə zəhərli dən (aldadıcı yem) qoyulur (Şəkil 4.45). Aldadıcı yemi bitkinin yaşıl, yumşaq hissələrindən də hazırlamaq olar. Onu topalar şəklində yığmaq və yüngülcə islatmaq lazımdır. Nəm ot kütləsinin çəkisinin 6 faizi qədər sink-fosfid götürülür və bu kütlə ilə diqqətlə qarışdırılır. Çöl siçanları hazırlanmış belə aldadıcı yemi ilin isti vaxtlarında da yaxşı yeyir və məhv olur. Fermer təsərrüfatlarının rəhbərləri göstərilən aqrotexniki qulluq işlərini vaxtında və keyfiyyətlə yerinə yetirməklə yüksək taxıl məhsulunun əldə edilməsinə nail ola bilərlər.
4.10. Alaq otlarının bioloji xüsusiyyətləri
Alaqlara qarşı düzgün mübarizə aparmaq üçün onların həyat və inkişaf xüsusiyyətlərini bilmək və ən çox yayılmış alaqları tanımağı bacarmaq lazımdır (Şəkil 4.46, Şəkil 4.47, Şəkil 4.48). Alaqlarda onlarla mübarizəni çox çətinləşdirən bir sıra xassələr vardır. Hər şeydən əvvəl alaqlar çox toxum verir. Bir bitkinin verdiyi toxumların sayı minlər və hətta milyona çatır. Məsələn, unnucanın bir bitkisi 100 min toxum, qızıl pencər 500 min toxum, şüvəran 750 min toxum verə bilir. |
Respublikamızda qış-yaz dövründə taxıl əkinlərinə siçanabənzər gəmiricilər daha çox ziyan vurur (Şəkil 4.44). Dəstə halında yaşayan bu gəmiricilər aran və dağətəyi rayonların hamısında çox geniş yayılmışdır. Bu məqsədlə avtol və ya bitki yağı ilə qarışdırılmış 10 faizli sink-fosfidlə zəhərlənmiş dəndən istifadə edilməklə aldadıcı yemlər hazırlanır. Hər işçi yuvaya 0.5-1.0 qram hesabı ilə zəhərli dən (aldadıcı yem) qoyulur (Şəkil 4.45). Aldadıcı yemi bitkinin yaşıl, yumşaq hissələrindən də hazırlamaq olar. Onu topalar şəklində yığmaq və yüngülcə islatmaq lazımdır. Nəm ot kütləsinin çəkisinin 6 faizi qədər sink-fosfid götürülür və bu kütlə ilə diqqətlə qarışdırılır. Çöl siçanları hazırlanmış belə aldadıcı yemi ilin isti vaxtlarında da yaxşı yeyir və məhv olur. Fermer təsərrüfatlarının rəhbərləri göstərilən aqrotexniki qulluq işlərini vaxtında və keyfiyyətlə yerinə yetirməklə yüksək taxıl məhsulunun əldə edilməsinə nail ola bilərlər. 4.10. Alaq otlarının bioloji xüsusiyyətləriAlaqlara qarşı düzgün mübarizə aparmaq üçün onların həyat və inkişaf xüsusiyyətlərini bilmək və ən çox yayılmış alaqları tanımağı bacarmaq lazımdır (Şəkil 4.46, Şəkil 4.47, Şəkil 4.48). Alaqlarda onlarla mübarizəni çox çətinləşdirən bir sıra xassələr vardır. Hər şeydən əvvəl alaqlar çox toxum verir. Bir bitkinin verdiyi toxumların sayı minlər və hətta milyona çatır. Məsələn, unnucanın bir bitkisi 100 min toxum, qızıl pencər 500 min toxum, şüvəran 750 min toxum verə bilir. |