MODULUN SPESİFİKASİYASI
Modul üzrə ümumitəlim nəticələri:
Təhsilalan taxılçılığın əsaslarını bilir və taxıl bitkilərinin səmərəli əkilməsi üçün lazımi
tədbirləri həyata keçirməyi bacarır. Təsərrüfatda növbəli əkini müəyyənləşdirən faktorları
bilir, bitki tərkibini lazımi qida maddələri ilə təmin etməyi və zərərvericilərdən mühafizə
etməyi bacarır.
Bitkilərin inkişaf mərhələləri haqqında biliklər əsasında və təbiət hadisələrindən asılı olaraq yüksək məhsuldarlıq və keyfiyyətli məhsul əldə etmək üçün bütün tədbirləri vaxtında düzgün tətbiq etmək iqtidarındadır. O, bitkinin yığılma vaxtını müəyyən edə bilir, məhsul yığımını özü həyata keçirməyi və ya məhsul yığımını təşkil etməyi bacarır. O, məhsulun düzgün saxlanılmasını təşkil edə bilir. Təhsilalanlar öz regionu üçün mühüm olan taxıl növlərinin xüsusiyyətlərini bilir. Birinci tədris ilində əldə edilmiş bitkiçilik üzrə ümumi ilkin biliklər (gübrələmə, torpaqşünaslıq və s.) üçün əsas şərtdir. |
|
Tədrisin məqsədi | Tədrisin məzmunu (nəzər | Dərs saatları nəzəri) | Tədrisin məzmunu (praktiki məşğələlər) |
Dərs saatları (praktiki məşğələlər) |
İstehsalat təcrübəsi |
Dərs saatları (istehsalat təcrübəsi) |
Metodik göstərişlər |
Öz regionu üçün taxılçılığın iqtisadi əhəmiyyətini bilir. | Taxılçılığın iqtisadi əhəmiyyəti. Region üçün mühüm taxıl növləri, onların inkişaf prosesi və onlardan istifadə imkanları. | 5 | Taxıl növlərinin təyin edilməsi. Xərclər haqqında məlumatların və digər mühüm məlumatların toplanması. Satış gəlirləri. | 5 | |||
Təsərrüfatda növbəli əkinə təsir edən faktorları tanıyır, taxıl növlərinin növbəli əkin, həmçinin, torpaq və iqlimə olan tələblərini bilir. | Müxtəlif taxıl növlərinin torpağa olan tələbatı. Müxtəlif taxıl növlərinin iqlimə olan tələbatı. Bazar iqtisadiyyatı şərtlərinin nəzərə alınması ilə təsərrüfatda növbəli əkinin optimallaşdırılması. Səpin üçün torpağın hazırlanması. | 10 | Torpaqbecərən maşınların işə hazırlanması. Səpinə hazırlıq işləri. | 20 | 15 |