Yağış yağdırma ilə suvarma | ||||
Mil-Qarabağ zonası: (payızlıq buğda üçün) | S 1 2 3 4 |
11.X 20.II 16.III 16.IV 10.V |
30.X 15.III 15.IV 15.V 10.VI |
500 450 450 600 600 |
Abşeron zonası: Abşeron rayonu (payızlıq arpa üçün) | S 1 2 3 4 |
15.IX 11.III 1.IV 16.VI 1.V |
10.XI 30.III 20.IV 30.IV 15.V |
400 350 350 300 350 |
Payızlıq taxıl əkinlərinin vegetasiya suvarmalarının vaxtında və keyfiyyətli keçirilməsi yüksək məhsul alınmasını təmin edən əsas amillərdən biridir. Payızlıq taxıl bitkiləri böyüyüb inkişaf etdikcə onların suya tələbatı artır. Bu tələbat bitkilərin kollanma, sünbülləmə və dəndolma fazalarında daha çox olur. Vegetasiya suvarmalarına, ilk növbədə, arata qoyulmuş və təzə səpilmiş əkinlərdə başlanmalıdır. Vegetasiya suvarmaları şırımaçanlar vasitəsilə açılmış, yaxud lentvari səpin üsulu ilə əkilmiş tarlalarda şırımlarla aparılmalıdır. Dayaz şırımların dərinliyi 13-15 santimetr, bir şırıma buraxılan suyun miqdarı saniyədə 0.1 litrdən az olmamalıdır (Şəkil 4.26). Suvarma normasını müəyyən edərkən qrunt sularının (torpağın alt qatında olan su) dərinliyi nəzərə alınmalıdır. Suvarma suyu duzlu qata çatmamalıdır, çünki onun həll etdiyi duzlar torpağın üst qatına qalxaraq bitkinin köklərinin yayıldığı torpaq qatını şorlaşdıra bilər. Qrunt sularının səviyyəsi yaxın olan torpaqlarda rütubəttoplayıcı (səpindən qabaq suvarma - arat) suvarmalar ərazinin bataqlaşmasına səbəb ola bilər. Rütubəttoplayıcı və səpinqabağı suvarmaların aparılma vaxtları payızlıq buğdanın səpin vaxtı, təsərrüfatın su ilə təmin olunması, suvarma texnikası və sələf bitkisinin yığılması ilə əlaqədardır. Payızlıq buğdanın vegetasiya suvarmaları zamanı iqlim şəraiti, düşən yağmurların miqdarı və onların paylanması xarakteri, bitkilərin suya tələbatı məsələləri nəzərə alınmalıdır. Əgər səpindən sonra taxıl əkinləri suvarılmayıbsa və havalar quraq keçirsə, onda qış aylarında bitkilər mütləq suvarılmalıdır. Suvarılan bölgələrdə payızlıq taxıl sahələrindən az məhsul götürülməsinin başlıca səbəblərindən biri də suvarılmanın vaxtında və düzgün aparılmamasıdır. Bilmək lazımdır ki, suvarmanın 8 - 10 gün gecikdirilməsi məhsulun 25-30 faiz azalmasına səbəb olur.
Respublikanın iqlim şəraiti müxtəlif olduğundan regionlardan asılı olmayaraq qışı yağıntılı keçən illərdə torpaq-iqlim şəraitindən asılı olaraq fevralın üçüncü, yaxud martın birinci ongünlüyündə birinci vegetasiya suvarmasına başlamaq məsləhət görülür. Bəzi təsərrüfat rəhbərləri və mütəxəssisləri az miqdarda, yəni 15-20 milli metr yağan yağıntıdan sonra bitkiyə suyun lazım olmadığını düşünərək suvarmanı dayandırırlar. Ancaq taxıl əkinləri isə bundan xeyli artıq rütubət (su) tələb edir. Deməli, yağıntılar az olan zaman suvarmanı davam etdirməklə daha çox məhsul almaq olar.