Sual 10. Dağətəyi zonanın rütubətlə təmin olunmayan dəmyə rayonlarında səpinin hansı
tarixdə aparılması məqsədəuyğundur?
A) Oktyabrın 15-dən 25-ə qədər;
B) Avqustun 20-dən sentyabrın 10-a qədər;
C) Oktyabrın 10-dan 20-ə qədər;
D) Sentyabrın 20-dən oktyabrın 5-ə qədər.
Sual 11. Azərbaycan Respublikasında suvarılan torpaqlarda bir hektar yumşaq buğda
sortlarının səpin norması ......................... milyon ədəd, bərk buğda sortlarında isə
........................ milyon cücərdilən toxum götürülür. Nöqtələrin yerinə yazın:
A) 2.5-3.8; 3.0-3.5;
B) 5.0-6.5; 2.0-3.3;
C) 4.5-5.0; 3,5-4.0;
D) 6.0-7.5; 5.0-5.5.
Sual 12. Respublikada ən geniş yayılmış səpin üsulu hansıdır?
A) Adi cərgəli (cərgəarsı 15 santimetr);
B) Çarpaz üsul (15 x 15 santimetr);
C) Darcərgəli (cərgəarsı 7.5 santimetr);
D) Tirəli üsul.
Sual 13. Tirəli səpin üsulunda payızlıq buğdanın səpin norması hər hektara neçə
kiloqramdır?
A) 190-245 kiloqram;
B) 130-140 kiloqram;
C) 220-250 kiloqram;
D) 90-110 kiloqram.