Sual 6. Cücərdilmək üçün götürülmüş toxumların ümumi sayı 100 ədəddir. Bunlardan 83 ədədi
cücərdilibsə,
demək cücərmə qabiliyyəti neçə faizdir?
A) 48 faiz;
B) 96 faiz;
C) 83 faiz;
D) 100 faiz.
Sual 7. Toxumun tərkibində rütubətlilik 14-15 faizdən artıq olarsa, hansı proses baş verir?
- Toxumun tənəffüs prosesi güclənir, cücərdilmə qabiliyyəti artır, anbar gənəsi onlara təsir etmir;
- Toxumun tənəffüs prosesində öz-özünə qızışır və cücərdilmə qabiliyyətini itirir, anbar gənəsi onları
asan zədələyir;
- Toxumun tənəffüs prosesi güclənir və cücərdilmə qabiliyyəti də artır, anbar gənəsi onları az
zədələyir;
- Toxumun tənəffüs prosesi çox zəif olur, cücərdilmə qabiliyyəti artır, anbar gənəsi onları asan
zədələyir.
Sual 8. Sürmə xəstəliyinin ən geniş yayılan növləri hansılardır və məhsuldarlığı ən azı
neçə faiz aşağı salır?
A) Bərk və toz sürmə - 20 faiz;
B) Yumşaq və bərk sürmə - 10 faiz;
C) Sarı və yaşıl sürmə - 5 faiz;
D) Qırmızı sürmə - 100 faiz.
Sual 9. Hansı sırada verilənlər səpin üçün əsas tələblər hesab olunur?
- Əkini müəyyən edilmiş müddətdə keçirmək, səpin normasına əməl etmək, hər yerdə bərabər cücərti almaq
üçün toxumları sahələrə düzgün və bərabər səpmək, toxumları həmin bitki üçün lazım olan dərinliyə
basdırmaq;
- Əkini istənilən müddətdə keçirmək, səpin normasını artırmaq, hər yerdə bərabər cücərti almaq üçün
toxumları sahələrə düzgün və qeyri-bərabər səpmək, toxumları həmin bitki üçün istənilən dərinliyə
basdırmaq;
- Əkini istənilən müddətdə keçirmək, səpin normasını azaltmaq, hər yerdə bərabər cücərti almaq üçün
toxumları sahələrə düzgün və qeyri-bərabər səpmək, toxumları həmin bitki üçün çox dərinliyə
basdırmaq;
- Əkini payızda keçirmək, səpin normasını çox artırmaq, hər yerdə bərabər cücərti almaq üçün toxumları
sahələrə düzgün və bərabər səpmək, toxumları həmin bitki üçün dərinliyə basdırmaq.