Sual 6. Növbəli əkinin əhəmiyyəti nədən ibarətdir?
A) Torpaqda qida maddələrinin miqdarını artırır, alaq otları, xəstəlik və zərərvericilərə qarşı düzgün
mübarizə aparılmasını təmin edir və məhsuldarlığı artırır;
B) Torpaqda qida maddələrinin miqdarını azaldır, alaq otları, xəstəlik və zərərvericilərə qarşı düzgün
mübarizə aparılmasını əngəlləyir və məhsuldarlığı aşağı salır;
C) Torpaqda qida maddələrinin miqdarını azaldır, alaq otları, xəstəlik və zərərvericilərə qarşı düzgün
mübarizə aparılmasını gücləndirir və məhsuldarlığı artırır;
D) Torpaqda qida maddələrinin miqdarını artırır, alaq otları, xəstəlik və zərərvericilərə qarşı düzgün
mübarizə aparılmasını əngəlləyir və məhsuldarlığı aşağı salır.
Sual 7. Hansı bitkilər iki ildən artıq eyni sahəyə əkildikdə toksin ifraz edir?
A) Yonca, noxud;
B) Mərci, lərgə;
C) Buğda, şəkər çuğunduru;
D) Lobya, soya.
Sual 8. Yonca bitkisi bir hektar sahədə nə qədər azot toplayır?
A) 200-400 kiloqram;
B) 300-600 kiloqram;
C) 100-200 kiloqram;
D) 150-350 kiloqram.
Sual 9. Torpağı azotla zənginləşdirən bitkilər hansı sırada ardıcıllıqla düzgün
verilmişdir?
A) Noxud, mərci, lərgə, lobya, soya;
B) Buğda, günəbaxan, lobya, şəkər çuğunduru, soya;
C) Lərgə, soya, buğda, noxud, günəbaxan;
D) Şəkər çuğunduru, mərci, lobya, buğda, lərgə.
Sual 10. Hansı bitkilər torpaqdan suyu çox istifadə etdiyinə görə onlardan sonra əkilən
bitkilərin məhsuldarlığı son dərəcə aşağı düşür?
A) Yonca və buğda;
B) Mərci və noxud;
C) Lərgə və soya;
D) Şəkər çuğunduru və günəbaxan;
Sual 11. Hansı sırada verilmiş bitkiləri noxud, mərci, lərgə bitkilərindən sonra əkmək
olmaz?
A) Günəbaxan və şəkər çuğundurunu;
B) Şəkər çuğunduru və buğdanı;
C) Lobya və soyanı;
D) Buğda və günəbaxanı.