- Buğdanın torpaq və iqlim şəraitinə olan tələbatının öyrənilməsi
|
- Laboratoriya və yaxud torpaq dolu qabın içərisində 100 ədəd dəni cücərdib cücərdilən
dənin sayına görə cücərmə faizini hesablayın.
- 1 kvadrat metr sahədə 200-250 ədəd buğda dəni əkin.
- Əkmə tarixi və həmin gün üçün havanın temperaturunu qeyd edin.
- İlk cücərtilərin neçə gündən sonra alındığı və sayını qeyd edin.
- Qışın necə keçdiyini (şaxtalı və ya isti) qeyd edin.
- Yazda sağlam olan bitkiləri sayın və qeyd edin.
- Qışlama dövründə məhv olan bitkilərin faizini hesablayın (məsələn, 100 bitki əkilib,
ondan neçə bitki salamatdır?).
- Bitkinin kollanma, boruya çıxma, sünbülləmə, çiçəkləmə və yetişmə dövrlərinin
qeydiyyatını aparın.
- Əkdiyin gündən dənin yetişdirildiyi günə qədər olan günlərin sayını hesablayın.
- Bu dövrlərdə torpağa əlavə qida, neçə dəfə su və hansı gübrənin verildiyini qeyd edin.
- Hər bir ay üçün temperaturun qeydiyyatını aparmaq vacibdir.
- Yaxşı olar ki, təcrübə yumşaq və bərk buğda növünə aid olan sortlar üzərində
aparılsın.
- Nəticə müqayisə olunsun ki, hansı sort bölgə üçün uyğundur, iqlim və torpağa tələbatı
necədir?
|