Bərəkətli-95 |
Əlincə-84 |
Qarabağ |
Tərtər-2 |
Yaqut |
Şəkil 1.24. Bərk buğda növünə aid olan və regionlarda ən çox əkilən bərk buğda sortları
|
Sərbəst iş üçün tapşırıqlar
|
- Sizin ərazidə fəaliyyət göstərən fermer təsərrüfatlarına səfər edərək onların hansı növə aid olan
taxıl sortlarından əkdikləri haqqında məlumat toplayın.
- Nə üçün bölgədə bu sortların daha çox əkildiyini öyrənin.
- Ərazidə əkilən sortların boyunu ölçün.
- Ərazidə əkilən sortların hansının daha məhsuldar olduğunu araşdırın.
- Hansı sortların bölgədə daha tez yetişdiyini müəyyənləşdirin.
- Bir hektar sahəyə neçə kiloqram toxum səpildiyini öyrənin.
- Bir hektar sahəyə çəkilən xərci müəyyənləşdirin (şumlamadan məhsulu anbara yığana qədər görülən
işlərə çəkilən xərc nəzərdə tutulur).
- Taxılın həmin dövr üçün satış qiymətini öyrənin.
- Məhsul satışından təsərrüfatın əldə etdiyi gəlirdən çəkilən xərci çıxıb təsərrüfatın gəlirini
müəyyənləşdirin.
- Sinif yoldaşlarınız arasında topladığınız informasiyanı paylaşın və müqayisəli müzakirələr aparın.