gətirilməsi bütün regionlarda yumşaq buğda sortunun əkin sahələrinin artırılmasına səbəb oldu. Bu sortlar
1990-cı illərə qədər regionların hamısında əkin sahəsinin 80-90 faizində əkildi. Uzun illər əkilən bu
sortların məhsuldarlıq və keyfiyyət göstəriciləri hər il azaldığı üçün yumşaq buğda növünə aid olan yeni
sortların yaradılmasına ehtiyac oldu.
Bu məqsədlə akademik Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik
İnstitutunun alimləri tərəfindən məhsuldar, keyfiyyətli, xəstəliklərə davamlı olan yeni yumşaq buğda
növünə aid olan Azəri, Pərzivan-1, Mirbəşir-128, Tərəqqi, Əkinçi-84, Qiymətli-2/17, Əzəmətli-95,
Nurlu-99, Qobustan, Şəki-1, Zirvə-80, Aran, Tale-38, Qızıl buğda, Şəfəq-2, Fatimə, Qırmızı gül-1,
Murov-2, Uğur sortları yaradıldı (Şəkil 1.21).
Hal-hazırda bu sortlardan məhsuldar, keyfiyyətli, xəstəliklərə davamlı olanları seçilib
respublikamızın bütün regionlarında əkilir. Tərkibindəki qida maddələrinə və keyfiyyət göstəricilərinə
görə çörəyin bişirilməsində, əsasən, yumşaq buğda növünə aid olan buğda sortlarının unundan istifadə
olunur (Şəkil 1.18; Şəkil 1.29; Şəkil 1.20).
Azəri |
Pərzivan-1 |
Mirbəşir-128 |
Tərəqqi |
Əkinçi-84 |
Qiymətli-2/17 |
Əzəmətli-95 |
Nurlu-99 |
Qobustan |
Şəki-1 |
Zirvə-80 |
Aran |
Tale-38 |
Qızıl buğda |
Şəfəq-2 |
Fatimə |
Qırmızı Gül-1 |
Murov-2 |
Uğur |
Şəkil 1.21. Yumşaq buğda növünə aid olan və regionlarda ən çox əkilən yumşaq buğda sortları