1.2. Azərbaycanda yayılan buğda növləri
Azərbaycan müxtəlif torpaq-iqlim şəraitinə malikdir. Torpaq və iqlimin müxtəlif olması digər bitkilərlə yanaşı, taxıllar fəsiləsinə (Graminea) aid olan tarla bitkilərindən olan arpa, buğda, çovdar, vələmir və s. bitkilərin də respublikamızda yayılmasına səbəb olmuşdur. Yumşaq buğda (Triticum aestivum L-T Vulqare Host) dünyada buğda istehsalına görə birinci yeri tutur (Şəkil 1.15): 1. Bərk buğda (Triticum durum - Şəkil 1.16). Azərbaycanda insanlar əkinçilik ilə qədim zamanlardan məşğuldurlar. Dənli bitkilərin becərilməsinə, əsasən də, taxıl bitkisini insanlar 4-5 min il bundan əvvəl becərməyə başlamışlar. Bu, onu göstərir ki, Azərbaycanın torpaq və iqlim şəraiti bu bitkilərin normal inkişafı üçün əlverişlidir. Hazırda respublikamızda ən çox əkilən taxıl növü buğda bitkisidir. Buğdanın bütün növləri birillikdir. Yəni taxıl əkilib-biçildikdən sonra növbəti ildə yenidən taxıl əkmək lazımdır. Məsələn, əgər 2015-ci ildə sahəyə buğda əkilibsə, 2016-cı ildə məhsul biçilib götürüldükdən sonra təkrar bir də buğda əkmək lazımdır. Buğda bitkisi “həyat tərzinə” görə üç qrupa bölünür:
1.2.1. Yumşaq buğda növü Yumşaq buğda (Tritium aestivum L-T Vulqare Host) özü 2 qrupa ayrılır:
|