Sual 18. Tritikale bitkisi hansı bitkilərin ..................................
hibridləşdirilməsi nəticəsində alınıb:
A) Arpa ilə vələmirin;
B) Buğda ilə vələmirin;
C) Arpa ilə qarğıdalının;
D) Buğda ilə çovdarın.
Sual 19. Nəyə görə tritikale bitkisi duzlu sahələr, bor elementi çox olan ərazilər,
molibden, sink kimi mikro qida maddəsi az olan tarlalar, bəzi xəstəliklərin görüldüyü problemli əkinçilik
sahələrində buğda və arpadan daha yaxşı nəticə verir:
A) Ata valideyn olan çovdar bitkisindən keçən xüsusiyyətlərə görə;
B) Suya daha çox tələbkar olduğuna görə;
C) Vaxtından tez əkildiyinə görə;
D) Gübrə çox verildiyinə görə.
Sual 20. Tritikale bitkisinin dənində zülal ..................., min dənin çəkisi isə
........................ olur:
A) 6-9 faiz, 22-28 qram;
B) 12-14 faiz, 34-39 qram;
C) 16-22 faiz, 40-45 qram;
D) 22-28 faiz, 50-65 qram.