Sual 12. Aparılan təcrübələrlə müəyyən edilmişdir ki, payızlıq çovdar hektardan 32 sentner
dən verdikdə məhsulu ilə torpaqdan .... azot, ..... fosfor və ...... kalium aparır:
A) 150 kiloqram, 12 kiloqram, 35 kiloqram;
B) 220 kiloqram, 18 kiloqram, 175 kiloqram;
C) 60 kiloqram, 22 kiloqram, 125 kiloqram;
D) 90 kiloqram, 48 kiloqram, 88 kiloqram.
Sual 13. Yulaf bitkisinin toxumunda ......... miqdarı çox olduğu üçün heyvandarlıqda daha
çox yem kimi və insanların qidalanmasında da azda olsa, istifadə olunur. Nöqtələrin yerinə yazın:
A) Zülalın;
B) Kleykovinanın;
C) Nişastanın;
D) Yağın.
Sual 14. Vəhşi yulaflardan törəyərək günümüzə qədər çatmış olan mədəni yulafların içində ən
çox yetişdiriləni ........... növüdür (nöqtələrin yerinə yazın):
A) Avena sterilis (qırmızı yabanı yulaf);
B) Avena byzantina (qırmızı yulaf);
C) Avena sativa (ağ yulaf);
D) Avena nuda (çılpaq yulaf).
Sual 15. Vələmir bitkisində ............................ aşağı olduğu üçün ondan çörək
bişirmək olmur (nöqtələrin yerinə yazın):
A) Kleykovina;
B) Nişasta;
C) Su;
D) Zülal.
Sual 16. Respublikamızda vələmirin .......................... növü becərilir:
A) 4;
B) 6;
C) 2;
D) 16.
Sual 17. Respublikamızda payızlıq vələmirin ən yaxşı səpin müddəti ......................
hesab edilir:
A) Avqustun ikinci ongünlüyü;
B) Oktyabrın birinci ongünlüyü;
C) Dekabrın ikinci ongünlüyü;
D) Yanvarın axırı.