|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 6
Sual 1. Dənli taxıl bitkiləri xarici yaşayış amillərinə münasibətinə görə neçə qrupa
bölünür?
A) 5;
B) 3;
C) 4;
D) 2.
Sual 2. Payızlıq buğdanın ən yaxşı xüsusiyyətlərindən biri də onunla izah edilir ki, o, öz
vegetasiya dövrünü .............. .......... aylarında qurtarır:
A) May-iyun;
B) Avqust-sentyabr;
C) Aprel-may;
D) Mart-aprel.
Sual 3. Əsas şum neçə santimetr dərinliyində aparılır?
A) 10-15 santimetr;
B) 15-22 santimetr;
C) 28-30 santimetr;
D) 8-12 santimetr.
Sual 4. Alaq otlarını məhv etmək üçün səpinqabağı sahədə neçə santimetr dərinlikdə ikiləmə
şumu aparılır?
A) 15-20 santimetr;
B) 12-15 santimetr;
C) 5-8 santimetr;
D) 22-28 santimetr.
Sual 5. Sünbül oxunun oturacağındakı bar verən sünbülcüklərin sayına görə arpa bitkisi neçə
yarımnövə bölünür?
A) 3;
B) 4;
C) 6;
D) 2.