Sizin ərazidə fəaliyyət göstərən fermer təsərrüfatlarında əkilən payızlıq və yazlıq buğda, arpa,
vələmir, tritikale və çovdar bitkilərinin sortları haqqında məlumat toplayın (hansı sortlar əkilib?
Adı, hündürlüyü, yetişmə dövrü haqqında).
Fermerin əkdiyi sortun nə üçün regionda daha çox əkildiyini öyrənin.
Buğda və arpadan başqa, digərlərinin (vələmir, tritikale, çovdar nəzərdə tutulur) ərazidə yaşayan
insanlar tərəfindən daha çox nə üçün istifadə edildiklərini öyrənin.
Ərazidə taxılların daha çox hansı üsulla səpildiyini öyrənin.
Əkin sahələrinin nə qədərinin dəmyədə və nə qədərinin suvarma şəraitində əkildiyini öyrənin.
Vələmir, tritikale, çovdar əkinlərinin hansından fermerin daha çox məhsul götürdüyünü öyrənin.