6.5. Vələmir bitkisinin təsərrüfat əhəmiyyəti və istifadə olunması
Vələmir taxıllar fəsiləsinə aid olan ərzaq və yem bitkisidir (Şəkil 6.26). Dənində11-12 faiz zülal, 40-45 faiz nişasta və 3.5-4 faiz yağın olması onun geniş istifadəsini təmin edir. Dənindən yarma, unundan peçenye, kisel, kofe və bir sıra pəhriz məhsulları hazırlanır. Ununun kleykovinası (keyfiyyəti) aşağı olduğu üçün ondan çörək bişirmək olmur. Vələmirdən dəni heyvanlarda atlar, cavan iribuynuzlu qaramal və quşların yemləndirilməsində istifadə edilir. Küləşi yaxşı yemlik keyfiyyətinə malikdir. Vələmir çöl noxudu, lərgə və s. birillik paxlalılarla qarışıq səpilib becərilir və məhsulu yem kimi heyvandarlıqda istifadə edilir.
6.5.1. Becərmə tarixi
Vələmir bitkisi qədim tarixə malikdir. Onun qədim zamanlardan buğda və arpanın əkin sahələrində alaq kimi yayıldığı sübut edilmişdir. Bu bitki 1940-cı ilin məlumatına əsasən keçmiş SSRİ-də 20.2 milyon hektar sahədə becərilirdi. Hazırda onun əkin sahələri yüksək məhsuldar və daha geniş istifadə sahəsinə malik olan bitkilər hesabına azalmış və 1975-ci ildə 10.5 milyon hektar təşkil etmişdir. Əkinlərinin çox hissəsi qaratorpaq olmayan zonalarda Qazaxıstan, Volqaboyu ölkələr və Ukraynadadır. Onun ölkəmiz üzrə məhsuldarlığı hektar üzrə 15.8 sentnerdir. Qabaqcıl briqadalar isə hektardan 30-35 sentner dən əldə edirlər. |
Vələmir Avena cinsinə mənsubdur, cücərtisi açıq-yaşıl rəngdədir. Vələmirin 70 növü məlumdur, onların 16-sı daha çox yayılmışdır.
Respublikamızda vələmirin dörd növü becərilir: