6.4. Yulaf bitkisinin əhəmiyyəti və inkişafı
Yulaf bitkisinin toxumunda nişastanın miqdarı çox olduğu üçün heyvandarlıqda daha çox yem kimi və insanların qidalanmasında da azda olsa, istifadə olunur. Arpa və buğdadan fərqli olaraq yulaf bitkisi salxım formasında olur. Yulafın ağ, qara, sarı, qırmızı, boz toxumlu, qısa, ya da uzun saplı bir çox növü vardır (Şəkil 6.24). Yulaf bitkisinin növləri müxtəlif iqlim-torpaq şəraitinə uyğun inkişaf etdirilmişdir. Məsələn, bunlardan qırmızı yulaf isti və nəmli iqlim şəraitində yetişdirilir. Yulaf dünyaya yabanı olaraq yetişdiyi Asiyanın qərbi ilə Avropanın şərqi arasında qalan bölgələrdən yayıldığı bildirilir. Yabanı yulaflardan törəyərək günümüzə qədər çatmış olan mədəni yulafların içində ən çox yetişdiriləni Avena sativa növüdür. Bu gün dünyanın müxtəlif ölkələrində yulaf, arpa və çovdardan daha böyük miqdarda istehsal olunur. Sərin və nəmli iqlimləri sevdiyi üçün ən yaxşı Avropanın qərb və Skandinaviya ölkələrinin şimal hissələri, Rusiya və Şimali Amerikada yetişir. Bununla birlikdə Avstraliya və Yeni Zelandiyada da əkilir. Yulaf çox yağış yağmayan quraq yerlərdə qalın qabıqlı, uzunsov toxumlar verir. |
ABŞ və Rusiya dünyanın ən çox yulaf əkən ölkələridir. Amma Şotlandiya, İsveç və Finlandiya kimi kiçik şimal ölkələrində buğda və çovdardan daha yaxşı məhsul verdiyi üçün yulafdan geniş istifadə edirlər. Türkiyədə isə yetişdirilən yulaf istehsalı 350 min tona yaxındır. Bol miqdarda nişasta ilə zülal, vitamin və minerallarla zəngin olan yulaf dənələrindən ən çox heyvan yemi olaraq istifadə edilir. Yulaf unundan hazırlanan xəmir buğda unu kimi qabarmadığından çörək istehsalında istifadə edilmir. Yulaf unundan bir çox yeməklər hazırlanır. Yulaf istehsal edildiyi bölgələrin çoxunda yazda əkilir. Qış yulafları şaxta və quraqlığa davamsız olduğu üçün Şimal Qütbünə yaxın bölgələrdə yetişdirilmir. Dünyada ən çox yayılan yulaf növləri bunlardır: