6.1.1. Buğdanın aqrotexnikası
Payızlıq buğdanın qara herikdən (sahə şumlanır, növbəti ilə qədər boş saxlanır)
sonra səpilməsi yaxşı nəticə verir (Şəkil 6.7). Dənli paxlalı, qarğıdalı (Şəkil 6.8) kartof
bitkiləri (Şəkil 6.9, Şəkil 6.10) buğda üçün yaxşı sələf hesab olunur. Buğda bitkisinin
aqrotexnikası səpin üçün torpağın hazırlanmasından başlayır. Məsləhət görülür ki, əsas
şumdan qabaq sahəyə 20-30 ton peyin (Şəkil 6.11), fosfor (200 kiloqram/hektar fiziki çəkidə,
(Şəkil 6.12) və kalium (80 kiloqram/hektar, (Şəkil 6.13) gübrələri ilə birlikdə əsas gübrə
şəklində torpağa verilsin. Əsas şum 28-30 santimetr dərinliyində aparılır (Şəkil 6.14).
Şumdan dərhal sonra sahə diskli mala (Şəkil 6.15) ilə malalanır, bu zaman kəltənlər
xırdalanır və sahə bir qədər hamarlanır (Şəkil 6.16). Səpinə 15-20 gün qalmış sahə suvarılır
- arat olunur. Bu suvarmanın məqsədi kəltənləri bir qədər də xırdalamaq və alaq otlarının
toxumlarının cücərdilməsi üçün şərait yaratmaqdır, eyni zamanda səpiləcək toxumların
cücərdilməsi üçün şərait yaratmaq və səpiləcək toxumların nəm torpağa düşərkən onların tez
cücərti vermələrini təmin etməkdir. Səpinqabağı sahədə 12-15 santimetr dərinlikdə ikiləmə
şumu aparılır, bununla da alaq otları məhv edilir (Şəkil 6.17). Bundan sonra sahə üzlənərək
bir qədər də hamarlanır və toxumun səpini aparılır. Səpin üçün hazırlanmış toxum materialı
alaq toxumlarından təmizlənmiş olmalıdır. Toxumun hamısı iri, bir böyüklükdə eyni formada
olmalıdır və dərmanlanmalıdır. Toxumun cücərdilmə qabiliyyəti yüksək olmalıdır.
|
Şəkil 6.8. Qarğıdalı bitkisinin əkin sahəsi
Şəkil 6.9. Kartof sahəsinin çiçəklənmə dövrü
Şəkil 6.10. Kartof bitkisinin məhsul dövrü
|