Sual 6. Nə üçün yetişdirilmiş taxılın sahədə çox qalması, yəni biçinin ləngiməsinə heç cür
yol vermək olmaz?
A) Gübrəyə tələbatı artır;
B) Dən tökülür və məhsuldarlıq aşağı düşür;
C) Torpaqda nəmlik artır;
D) Bitkidə yenidən mayalanma gedir.
Sual 7. Biçində gecikmə 3-4 həftə davam edərsə, məhsul itkisi neçə faiz olur?
A) 30 faizdən çox;
B) 10 faizdən çox;
C) 50 faizdən çox;
D) 100 faizdən çox.
Sual 8. Anbara gətirilən buğdanın tərkibində su neçə faizdən yüksək olmamalıdır?
A) 12-14 faizdən;
B) 25-30 faizdən;
C) 45-55 faizdən;
D) 15-25 faizdən.
Sual 9. Tərkibində normadan artıq rütubət olan toxumları nə etmək lazımdır?
A) Təcili dərmanlanmalıdır;
B) Təcili anbara yığılmalıdır;
C) Anbar ərazisində sərilərək qurudulmalıdır;
D) Təcili üyüdülməlidir.
Sual 10. Nə üçün anbara yığılan toxumun içərisində kənar toxumlar olmamalıdır?
A) Dənləri çox iri olduğu üçün anbarda geniş ərazini tutur;
B) Tərkibindəki nəmlik toxumu qızışdırılaraq çürüməyə səbəb olur;
C) Çörək bişirilərkən una xüsusi dad verir;
D) Xüsusi iyə malik olduğu üçün anbara həşəratların cəlb olunmasına səbəb olur.