Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Yetişmə dərəcəsinin müəyyənləşdirilməsi
|
- Taxılın süd yetişmə dövrünü sahədə müəyyən edin;
- Taxılın mum yetişmə dövrünü müəyyən edin;
- Taxılın tam yetişdirilmə dövrünü müəyyən edin;
- Hansı taxıl növünün daha tez yetişdirildiyini müəyyən edin.
|
- Nəmliyin ölçülməsi
|
- Xırmana gətirilən taxıl nümunələrində nəmlik faizini müəyyən edin (kisəyə doldurulub
xırmanda saxlanmaq yolu ilə);
- Laboratoriya şəraitində nəmliyin faizini müəyyən edin;
- Hər iki analizin nəticəsini müqayisə edərək dəqiq faizini tapın.
|
- Kombaynın taxıl yığımına hazırlanması
|
- Hansı kombaynla biçin aparacağını müəyyən edin və seçin;
- Kombaynın mühərrikinin işlək olmasını yoxlayın;
- Biçən aparatın kombayna düzgün qoşulması və işə hazırlanmasında iştirak edin;
- Kombaynı yanacaqla və mühərrik yağı ilə tam doldurun;
- Kombaynın digər tez sınan detallarının işlək olmasını yoxlayın;
- Bütün gördüyünüz işlərin dəftərdə ayrı-ayrılıqda qeydiyyatını aparın;
- Nəticələrin düzgünlüyünü yoxlayın, yanlış təsvir etdiyiniz məlumatları dəqiqləşdirin və
doğru təsvir edin;
- Bütün gördüyünüz işlərdən əldə etdiyiniz nəticələri yoldaşlarınızla müzakirə edin.
|