Şəkil 5.11. Biçilmiş taxılın anbara daşınması
|
Şəkil 5.12. Taxılın anbara yığılması
Şəkil 5.13. Müasir tipli taxıl anbarları
|
|
Sərbəst iş üçün tapşırıqlar
|
1. Ərazidə olan təsərrüfatlarda tam yetişmiş taxıl sahələri ilə tanış olun.
2. Kombaynın harada və hansı şəraitdə saxlanması ilə tanış olun.
3. Taxıl sahəsinin birinci harada və necə biçilməsi ilə tanış olun.
4. Taxılı sahədən xırmana daşıyan texnikalar ilə tanış olun.
5. Xırmanın təmizlənməsi və dərmanlanması işində iştirak edin.
6. Taxıl anbarının təmizlənməsi, dezinfeksiya olunması prosesində iştirak edin.
7. Taxılın sərilməsi, qurudulması və dərmanlanması işində iştirak edin.
8. Taxıl təmizləyən maşının işə salınmasında və taxılın təmizlənməsi prosesində iştirak edin.
9. Təmizlənmiş taxılın kisələrə yığılaraq bağlanması və anbarda necə saxlanması ilə tanış olun.
10. Anbarda taxıl kisələrinin üzərinə yapışdırılan bildirişlərin yazılmasında iştirak edin.