Sual 35. Alaqlara qarşı mübarizə tədbirləri neçə qrupa bölünür?
A) 4 qrupa;
B) 2 qrupa;
C) 5 qrupa;
D) 7 qrupa.
Sual 36. Qızıl pencər alaq otu toxumları neçə il ərzində cücərmə qabiliyyətini itirmir?
A) 8-10 il;
B) 2-3 il;
C) 40 il;
D) Həmişəlik.
Sual 37. Nə üçün yaxşı çürüməmiş peyin torpağı alaqlandırır?
A) Torpağa az verildiyi üçün;
B) Normadan artıq verildiyi üçün;
C) Digər gübrələr ilə qarışıq verildiyi üçün;
D) Alaq toxumlarının heyvanların mədəsindən keçəndə də öz cücərmə qabiliyyətini saxladığı üçün.
Sual 38. Gec dərmanlama bitkiyə necə zərər vurur?
A) Mayalama prosesi və sünbülün əmələ gəlməsinə maneə törədir;
B) Bitkinin qurumasına səbəb olur;
C) Torpaqda olan qida maddələrinin azalmasına səbəb olur;
D) Bitkinin suya olan tələbatını azaldır.
Sual 39. Alaq otlarının üzərinə düşdükdə bütün orqanlarına yayılır, bitkinin kökü və
yarpaqlarını məhv edir. Bu, hansı təsirli herbisidlərdir?
A) Kontakt təsirli herbisidlər;
B) Sistem təsirli herbisidlər;
C) Adi herbisidlər;
D) Tərkibində az zəhər olan herbisidlər.
Sual 40. Tərkibində təsiredici maddənin miqdarı 30 faiz olan herbisid 1 hektar sahəyə 2.5
kiloqram müəyyənləşdirilmişdir. Fiziki çəkidə hektara neçə kiloqram verilməlidir?
A) 2.6 kiloqram
B) 4.7 kiloqram;
C) 8.3 kiloqram;
D) 11.7 kiloqram.