Təlim nəticəsi 1. Mühüm yem bitkilərinin tərkibi
Siz bu təlimdə kənd təsərrüfatı heyvanlarının yemlənməsində istifadə olunan yemlər və onların kimyəvi tərkibi haqqında məlumat alaraq, yemlərin tərkibində olan quru maddə və suyun heyvan orqanizminin fizioloji inkişafında və məhsul istehsalında rolu barədə bilik və bacarıqlarınızı təkmilləşdirəcəksiniz. Quru maddənin tərkib hissələri (üzvi maddələr: karbohidratlar, yağlar, sellüloza, protein, qeyri-üzvi maddələr, mineral maddələr və vitaminlər) üzrə təlim vasitəsilə öyrəndiklərini praktiki tədbirlər vasitəsilə bir daha möhkəmləndirəcəksiniz. Qeyd edilənlərlə yanaşı siz bu təlimdə, yemlər (şirəli, qaba, qüvvəli yemlər və yem əlavələri), onların istehsalı, tədarükü, saxlanması və istifadə sahələri üzrə bilik və bacarıqlarınızı artıracaqsınız.
1. Yem bitkilərinin tərkibi
Yem bitkilərinin tərkibi aşağıdakı maddə və komponentlərdən ibarətdir:
Yem bitkilərinin tərkibi aşağıdakı maddə və komponentlərdən ibarətdir: