TEST TAPŞIRIQLARI (Təlim nəticəsi 3)
1. İBM-nın quru maddə ehtiyacı diri
çəkisinin neçə faizini təşkil etməlidir?
a. 2-2,5
b. 5-5,5
c. 3-3,5
2. SE(MJ) = (o,293MJ x DÇ)3/4 formulu
vasitəsilə heyvanların hansı enerji
ehtiyacı hesablanır?
a. Məhsuldarlıq enerjisi
b. Saxlayıcı enerji
c. Mübadilə enerjisi
3. TME (MJ/1kq süd) = 1,05 + (0,38 x
südün yağlılığı) + (0,21 x südün zülalı)
formulu ilə südçülük fermasının hansı
göstəricisi hesablanır?
a. Məhsuldarlıq enerjisi
b. Süd istehsalı
c. Südün zülal tərkibi
4. İBM-nın mədəsinin rubes bölməsində
azot balansı üzrə norma neçə olmalıdır?
a. 60-80
b. 70-100
c. 1-50
5. Sutkalıq süd sağımı 20 kq təşkil edən
inəyin rasionunda neçə MJ mübadilə
enerjisi olmalıdır?
a. 193
b. 135-160
c. 161-192
6. Donuz əti istehsalı üzrə maya
dəyərinin strukturunda yemlər neçə faiz
təşkil edir?
a. 40
b. 35-50
c. 70-75
7. Yumurtlayan toyuqların rasionunda
neçə qram dənli bitkilər olmalıdır?
a. 90
b. 120
c. 190
8. Boğaz inəklərin gündəlik saxlayıcı
enerjisinə doğuşa 3 həftə qalandan
doğanadək neçə MJ əlavə olunmalıdır?
a. 18
b. 36
c. 26
9. Kökəltmədə olan iribuynuzlu malqaranın
rasionunda hansı mineral
maddələrin olması zəruridir?
a. K, Fe, P
b. Cu, Na, Fe
c. Ca, P, Na
Sərbəst tapşırıq. Quşların yem rasionu hansı göstəricilərlə balanslaşır?