Quzu və toğlularda 15 kq diri çəkidən sonra rasion
aşağıdakı formul vasitəsilə hesablanır:
Y*= 5-0,2 x X (X- 1baş XBH-nin orta diri çəkisi (15-50
kq arası))
4.3.4 Quşçuluq (ətlik və damazlıq) üçün yem
rasionunun hesablanması
Quşlar üçün qarışıq yem resepti hazırlamaq üçün
aşağıdakı göstəricilərə diqqət edirik:
► | Quşların növü və qrupu (məsələn, yumurtlayan, broyler və s.); |
► | Mövcud yemlər; |
► | Yemlərin qidalılığı (əsas göstəricilərlə yanaşı, amin turşuları tərkibi). |
Yumurtlayan toyuqlar üçün rasion aşağıdakı yemlərdən ibarət olmalıdır:
1-ci yemləmə səhər işığı yandıran kimi verilir. Bu
zaman adətən nəmləndirilmiş qatışıq (soyutma kartof,
üyüdülmüş dən, sümük unu, əzilmiş yumurta qabığı,
yemək tullantıları və duz) verilir.
Axşam yumurtlayan toyuqlar işığın söndürülməsinə 1
saat qalmış yemlənməlidir. Bu yemləmə zamanı bərk
yemlər verilir.
Quşların yem rasionunu aşağıdakı göstəricilər üzrə
balanslaşdırırıq: